Bu deputatların “kitabı bağlandı”: Bir daha seçilməyəcəklər - ŞOK SİYAHI


Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi dəqiqləşəndən sonra ictimai diqqət yenidən qanunverici orqana yönəlib. Parlamentin hazırkı tərkibindən kimlərin kürsüsünü qoruyacağı, kimlərin isə bir daha mandat sahibi ola bilməyəcəyi hazırda ən çox maraq doğuran məsələlərdəndir.  Yenisabah.az bununla bağlı maraqlı məlumatlar əldə edib. 
 
Yüksək rütbəli iqtidar nümayəndələrindən biri bizimlə söhbət zamanı yaşlı deputatlarla bağlı qərarın qüvvədə olduğunu bildirib. 
 
Onun sözlərinə görə, yaşı 70-i ötmüş parlamentarilərin əksəriyyəti bu dəfə mandat üzünə həsrət qalacaq.
 
Mənbə deyib ki, qanunverici orqanda fəaliyyətinə son qoyulacaq deputatların siyahısına 84 yaşlı Ziyad Səmədzadə başçılıq edir. Həmçinin, 79 yaşlı Eldar İbrahimovun  və 78 yaşlı Mixail Zabelinin də növbəti dəfə mandat qazanmaq şansının olmadığı bildirilir. 
 
Məlumatlı şəxsin sözlərinə görə, 77 yaşlı Vahid Əhmədov və 76 yaşlı Əhliman Əmiraslanovla bağlı isə qeyri-müəyyənlik var. Onlarla bağlı yekun qərar parlament seçkilərinə rəsmi qaydada start verildikdən sonra elan olunacaq. 
 
Daha bir qocaman deputat - 77yaşlı Sabir Rüstəmxanlı ilə bağlı da qeyri-müəyyənlik var. Bu dəfə onu xanımı, tanınmış ictimai xadim Tənzilə Rüstəmxanlının əvəz edəcəyi gözlənilir. 
 
Daha 5 qocaman deputatın - 75 yaşlı İsa Həbibbəylinin, 74 yaşlı Aqiyə Naxçıvanlının, 73 yaşlı Bəxtiyar Sadıqovun, 72 yaşlı Eldar Quliyevin və 71 yaşlı Anatoliy Rafailovun da mandat sahibi ola bilməyəcəyi deyilir. 
 
Həmçinin 71 yaşlı Cavanşir Paşazadə, 70 yaşlı Sabir Hacıyev və Asim Mollazadənin də karyerası üçün təhlükə olduğu bildirilir. 
 
Mənbənin dediyinə görə, parlamentin tərkibnindəki dəyişiklik bununla yekunlaşmayacaq. Hazırda qanunverici orqanda təmsil olunan 20 deputatın - Novruzəli Aslanovun, Nizami Cəfərovun, Jalə Əhmədovanın, Bəxtiyar Əliyevin, Tamam Cəfərovanın, Oqtay Əsədovun, Sevinc Hüseynovanın, Nurlan Həsənovun, Ramil Həsənlinin, Afət Həsənovanın, Elşən Musayevin, Tahir Kərimlinin, Cəbi Quliyevin, Səttar Möhbalıyevin, İqbal Məmmədovun, Əliabbas Salahzadənin, Sədaqət Vəliyevanın və İltizam Yusifovun da növbəti dəfə deputat seçilə bilməyəcəyi vurğulanır. 
 
Sonda mənbə ReAl-çı depuatat Erkin Qədirli ilə bağlı da qeyri-müəyyənliyin olduğunu iddia edib. Onun sözlərinə görə, E.Qədirlini bu dəfə Milli Məclisdə Natiq Cəfərli əvəz edə bilər. 
Tarix: 21-06-2024, 16:09
Xəbəri paylaş





Xəbər lenti