VI çağırış Milli Məclisin sonuncu plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
VI çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb.
Dia-az.İnfo-nun xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.
2. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.
3. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
4. Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).
5. Ailə Məcəlləsinə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik layihəsi (üçüncü oxunuş).
6. Torpaq Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
7. Əmək Məcəlləsinə, Vergi Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).
8. “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
9. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
10. Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
11. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
12. “Auditor xidməti haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
13. “Lisenziyalar və icazələr haqqında” qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişiklik layihəsi.
14. “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
15. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara dəyişiklik layihəsi (birinci oxunuş).
Qeyd edək ki, sonuncu iclasla növbədənkənar sessiyaya yekun vurulacaq. Bununla da Milli Məclisin altıncı çağırışı işini yekunlaşdıracaq.