ATƏT/DTİHB Azərbaycanda parlament seçkilərinə müşahidəçilər missiyası göndərəcək


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidəçilər missiyası göndərəcək.
 
Bu barədə DTHİB-dən məlumat verilib.
 
Onlar bundan əvvəl Azərbaycandan seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün rəsmi dəvət alıblar.
 
“Biz 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət almışıq və müşahidəçilərin sayı, çox güman ki, fevralda keçirilən prezident seçkilərindəki ilə eyni olacaq. Dəqiq təfərrüatlar barədə danışmaq hələ tezdir”, - Bürodan bildirilib.
 
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
 
Report
Tarix: 8-07-2024, 23:15
Xəbəri paylaş





Xəbər lenti