AXCP parlament seçkiləri ilə bağlı qərar qəbul edib
AXCP növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Siam-az.com bildirir ki, bu barədə partiyanın Ali Məclisinin bu günkü iclasında qərar qəbul edilib.
Ali Məclis həmçinin 3 ay ərzində AXCP-nin növbədənkənar qurultayının çağırılması haqqında da qərar verib.
Qurultayı hazırlamaq üçün 21 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb.
Ədliyyə Nazirliyi AXCP-yə məktub göndərərək partiya nizamnaməsinin Siyasi partiyalar haqqında qanunun tələblərinə uyğunlaşdırılmasını istəyib.
Növbədənkənar qurultayda AXCP-nin yeni nizamnaməsi qəbul olunacaq.
Tarix: 14-07-2024, 22:15