Əli Məsimli namizəd olacağı dairəni açıqladı


VI çağırış Milli Məclisin deputatı Əli Məsimli sentyabrın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizəd olmaq istəyir. Bu barədə deputat Əli Məsimli Modern.az-a açıqlamasında bildirib. 
 
O qeyd edib ki, əvvəlki seçki dairəsindən namizədliyiini irəli sürəcək. 
 
“Təbii ki, seçkilərdə iştirak etmək barədə düşünürəm. Biraz dislokasiyada fərqli olsa da, əvvəlki seçki dairəsindən namizədliyimi verəcəm. Əvvəl Şəkidə dairə vardı: 113 Şəki şəhər, 114 Şəki kənd Birinci seçki dairəsi və 115 Şəki kənd ikinci seçki dairəsi. Dislokasiya fərqi oldu. 114-cü seçki dariəsinin bir hissəsi Qaxla birləşdi. Yeni seçki dairəsi əmələ gəldi. Demək olar ki, bir hissəsi dəyişmək şərtilə əvvəlki seçki dairəsindən  113-cü Şəki Şəhər seçki dairəsindən namizəd olacam. Çünki bu seçki dairəsi mənim üçün daha münasibdir.  Yaxın günlərdə namizədliyimi rəsmi surətdə təqdim edəcəm”,-o deyib. 
Tarix: 16-07-2024, 23:20
Xəbəri paylaş





Xəbər lenti