Fransa müstəmləkələri açıq şəkildə müstəqillik istəklərini dilə gətirir: - Yeni Kaledoniya və Korsika ilk müstəqillik əldə edən xalqlar olacaq


Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci qurultay keçirilir. Niderlandın müstəmləkəsi olan Bonayre və Sen-Martin adalarından üç təşkilat 
Qurultayda fəxri qonaq qismində iştirak edir.
İlk öncə onu deyim ki, Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Rəsmi Bakı sadəcə ev sahibliyi edir və platforma tanıyır. Ümumiyyətlə artıq bu və bu kimi təşəbbüslər Bakıda mütəmadi həyata keçirilir. 
Azərbaycan hər zaman ölkələrin beynəlxaq hüquqla tanınan ərazilərinə hörmətlə yanaşıb. Lakin bununla belə xalqların öz müqəddəratını təyinetmə prinsipini də dəstəkləyir. Başda Korsika olmaqla, Melaneziya, Polineziya, Karib və Antil adaları fransız müstəmləkəçiliyin qurbanlarıdır. 21-ci əsir kaleonalizm siyasətindən əziyyət çəkən bu ərazilər bu gün öz müqəddəratını təyin etmək istəyir. 
Rəsmi Paris hər vəch ilə bu ərazilərin azad qərar vermək, müstəqillik əldə etmə fəaliyyətlərinin qaşısını alıb onlara qarşı mədəni, siyasi repressiyalar edir. Onlara dəstək verən ölkələri isə separatizmə dəstəkdə ittiham edir. 
Azərbaycan 30 ildən artıq separatizmdən əziyyət çəkən bir ölkə kimi heç bir halda separatçı fəaliyyəti dəstəkləməyib. Lakin Fransa hər zaman erməni separatizmini dəstəkləyib, himayə edib yeri gəldikcə Azərbaycana qarşı istifadə edib. Hlabuki Fransanın özündə real müstəqillik hərəkatları var və Paris bunu bilə-bilə belə təhlükəli siyasi oyunlara girib. 
Azərbaycan separatizmin kökünü kəsdi, lakin Fransa müstəmləkələri açıq şəkildə müstəqillik istəklərini dilə gətirir. Azərbaycan yalnız haqları basdırılan, pozulan, öz müqəddəratını təyin etmək istəyən xalqalara platforma tanıyır.  Bakıda Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə silsilə görüşlər keçirilir. 
Fransa faktiki olaraq müstəmləkələrin müstəqillik arzularının qarşısını ala bilmir. Bu tədricən onların müstəqillik əldə etməsinə gətirib çıxaracaq. Yeni Kaledoniya və Korsika ilk müstəqillik əldə edən xalqlar olacaq.
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: 17-07-2024, 16:52
Xəbəri paylaş





Xəbər lenti