Elşad Həsənovun 2 sentyabra qədər vaxtı var... - İSLAHAT GÖZLƏNİLİR...


1 sentyabr seçkilərində təkcə Milli Məclis yox, ümumiqtidar düşərgəsində bir yenilənmə olacaq. Bu barədə Dia-az.İnfo-ya daxil olan informasiyalardan belə anlaşılır ki, elə 1 sentyabrın ertəsi günündən yeni İSLAHAT DALĞASINA start veriləcək.

Mənbənin iddialarına görə, əsas İSLAHAT HƏDƏFİ isə yerli icra qurumlarıdır.

Məlumatda deyilir: "Məhz bu idarəetmə sistemi özünü doğrulda bilməyib. Bakıda Eldar Əzizov gələndən sonra müəyyən qədər müsbət irəliləyişlər var. Amma Bakı tək Eldar Əzizovdan ibarət edyil... rayonları da var və elə son olaraq rəsmi xəbərlərdən aydın oldu ki, Bakı meriyası tərəfindən paytaxtın iki rayonunun rəhbərinə töhmət verilib".

Qeyd edək ki, Bakı meriyası rəhbərliyi tərəfindən rəsmi xəbərdarlıq alanlardan biri də Yasamalın başçısıdır. Elə mənbəmiz dfə onunla bağlı məqama işarə edərək bildirir: "Bu gün Yasamal Bakının üz qarasına çevrilib. Elşad Həsənov Yasamal küçələrini keçi qiymətinə tələm-tələsik satır. Səbəbi aydındır. Bu adam 2 sentyabrı görəv başında qarşılamaya bilər. Boğaza qədər çirkabın içindədir. Yeni düzənlənmə belə Elşad Həsənovu hədəfə çevirir".

Məbnə iddia edir ki, Bakıda gözlənilən islahat dalğasında ilk olaraq 4 rayonun başçısı görəvdən alınacaq: "Onlardan biri Elşad Həsənovdur. Digər üçü isə..."

Bu barədə növbəti yazıda... Bizi izləməyə davam edin...
Tarix: 30-07-2024, 18:38
Xəbəri paylaş





Xəbər lenti