Bazarlarda satılan quş və heyvan ətinə nəzarət yoxdur- Baytar həkimlər hara baxır?-Video

Bazarlarda satılan quş və heyvan ətinə nəzarət yoxdur- Baytar həkimlər hara baxır?-Video Baytarlıq laboratoriyalarının qapısı bağlıdır

Son bir neçə ayda bazarlarda satılan heyvan və ya quş ətləri haqda xeyli xəbərlər vermişik. Məlum olub ki, bu məhsulların satışı ilə bağlı ciddi problem var: kim harda, necə gəldi ət kəsir, satır, içalatını da müştəriyə necə gəldi təqdim edir. Belə xəbərlərin çoxunda diqqətimizi çəkən məqam bu olub ki, satış yerlərindəki baytarlıq laboratoriyalarında heç bir işçini tapa bilməmişik. Hansı ki, bazarlardakı bu vəziyyətə birbaşa onlar cavabdehdir. Bu gün bir daha baytar hakimləri tapmağa cəhd etdik, görün ortaya nələr çıxdı.


Bazara elə bu səs küylə girdik... Bizə lazım olan mövzunun səsi isə daha vacib idi.

Domino oynayan qəssablardan onlara nəzarət edən baytar həkimin yerini soruşurduq. Sanki hamısı əlbir imiş kimi, baytar həkim haqda danışmaqdan qaçırdılar.

Bizə maraqlı idi ki, baytar həkimlər gün ərzində işini necə həyata keçirir? Aldığımız cavablar əməlli başlı bir -birinə zidd idi.

Bakı şəhər Baytarlıq İdarəsindən də bildirirlər ki, baytarlıq laboratoriyaları günün sonuna qədər işləməlidir.

Amma müxtəlif bazar və satış yerlərində baytarlıq laboratoriyalarının qapısı bağlı idi.

Sanki bazar rəhbərləri də baytar həkimlərlə əlbir imiş kimi onların müdafiəsinə qalxmışdılar.

Ara-sıra bazarlarda anti-sanitar vəziyyətdə satılan məhsullar haqda məlumatlar veririk. Görünən budur ki, bütün bunların səbəbləri baytarların öz işinə biganəliyidir.

Bakı Baytarlıq İdarəsində qarşılaşdığımız vəziyyətlə bağlı məlumat verdik. Tədbir görəcəklərini bildirdilər.

Necə deyərlər, yaşayarıq görərik... (xezerxeber.az)
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Tarix: 8-02-2017, 23:44
Xəbəri paylaş





Xəbər lenti