Məktəb təmirli olsa da, şagirdlər donur...

Məktəb təmirli olsa da, şagirdlər donur... Qusarın rayon mərkəzinin 7 km-liyində yerləşən Urva kənd tam orta məktəbində dərslər, demək olar ki, dayanmaq üzrədir. Havaların qarlı, 5, 6 dərəcə şaxta olduğu bu soyuq qış günlərində məktəbdə şagirdlərin davamiyyəti tam aşağı düşüb. Çünki, sinif otaqları çox soyuqdu, dərsdə oturmaq, dərs keçmək qəti mümkün deyil.

Siam.az bildirir ki ,bu barədə İstiPress-ə Urva kəndinin valideynləri məlumat verib. "Onlar həyəcanla bildirirlər ki, uşaqlarını məktəbə göndərə bilmirlər, göndərməyəndə də təhsil proqramından geridə qalırlar. Amma, məcburuq ki, göndərməyək. Çünki, uşaqlar xəstələnəndə üzü astarından başa gəlir, müalicə etdirməyə də imkan olmur - deyən valideynlər son aylarda dəfələrlə rayon təhsil şöbəsinə, qaz istismarı idarəsinə getsələr də nəticə yoxdur. Sinif otaqları soyuq qış günündə soyuq olaraq qalır.

Urva kənd məktəbinin direktoru Şahmalı Qurbanov məktəb binasının yeni olduğunu, binanın 2012-ci ilin sentyabr ayında istifadəyə verildiyini söylədi. 480 yerlik məktəbdə 475 nəfər şagirdin, 42 nəfər pedaqoqun olduğunu deyən direktor təhsil ocağının müasir istilik sisteminin qazla işlədiyini, amma, kəndə normal qaz verilmədiyindən məktəbin də normal qızdırılmadığını dedi. Şahmalı Qurbanova görə, hər sinif otağında 3-5 uşaq gəlir dərsə, davamiyyət demək olar, çox aşağıdır, dayanıb, rayonun qaz idarəsinə şikayət etməkdən yorulmuşuq, bizi eşidib problemi həll edən yoxdur.

Qusar təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev də faktı təsdiqləyərək problemin həlli istiqamətində iş aparıldığını deyib.

Qusar İcra hakimiyyəti başçısının müavini Elman Mustafayev isə məsələyə daha sərt reaksiya verdi: bəli, Urva kənd məktəbində istiliyin vəziyyəti çox pisdir, qaz çox zəif verildiyindən kəndə, məktəbin dövlətin vəsaiti hesabına tikilmiş məktəbin qiymətli istilik sistemi heç orta vəziyyətdə də qızdırılmır. Qaz idarəsi problemdən xəbərdardır, təcili olaraq problemi aradan qaldırmalıdı, çünki, Urva kəndində davamiyyət çox aşağı düşüb, icra hakimiyyəti olaraq biz bundan çox narahatıq".

Azərbaycanın ən soyuq rayonunun ən soyuq məktəbində qaz olmamasına Xaçmaz regional qaz idarəsinin Qusar qaz sahəsinin rəisi Vüsal Seyidovdan mövqe aldıq. Bu vəzifəyə fevralın 6-dan təyin edildiyini söyləyən Vüsal Seyidov bir neçə ildir yığılıb qalmış problemlə yeni tanış olduğunu, həlli istiqamətində işə başladıqlarını dedi. Məlumat verdi ki, Urva kəndindəki məktəbin istilik problemi qısa vaxt ərzində həll olunacaq. Nə deyirik. Yaşayarıq, görərik.

Siam.az
Tarix: 11-02-2017, 09:48
Xəbəri paylaş





Xəbər lenti