Tələbələrin təqaüdü kəsildi – İslam oyunlarına görə

Tələbələrin təqaüdü kəsildi – İslam oyunlarına görə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin təqaüdü kəsilib.

Bu haqda Qaynarinfo.az-a adının çəkilməsindən ehtiyat edən tələbələr bildirib.





Tələbələrin bildirdiyinə görə, 37 manat təşkil edən təqaüdləri rəhbərlik İslam Həmrəyliyi Oyunlarını bəhanə gətirərək kəsiblər: “Bizə bildirdilər ki daha təqaüd olmayacaq”.

Təqaüdlər hər ayın 5-ə qədər kapital Bankın kartları ilə verilirdi.

Məktəbin direktor müavini Şakir müəllim (soyadını təqdim etməyib) Azadlıq Radiosunun rus xidmətinə açıqlamasında təqaüdlərin kəsildiyini təsdiq etsə də, tapşırığın hardan və hansı məqsədlə gəldiyini açıqlamayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Vəliyev isə faktdan xəbərsiz olduğunu, amma araşdıracaqlarını deməklə kifayətlənib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarına əsasən 18 saylı Bakı Peşə liseyi ilə 3 saylı Bakı Peşə Məktəbi birləşdirilmiş və onların bazasında İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır.
Tarix: 13-02-2017, 21:31
Xəbəri paylaş





Xəbər lenti