Ən çox bu məhsulların saxtası satılır - FOTO

Ən çox bu məhsulların saxtası satılır - FOTO Həmişə adət etdiyimiz və bəh-bəhlə yeyib-içdiyimiz məhsullardan bəzilərinin saxta olması ilə bağlı son vaxtlar çox eşidirik. Müxtəlif video çarxlarda bunların necə hazırlanmasını göstərirlər. Həm işbazların, həm reytinq ovçularının bu əməllərindən yediyimiz burnumuzdan gəlir. Bəs ən çox saxtası hazırlanan məhsullar hanıslardır, bilirsinizmi?
Publika.az bu məhsulların siyahısını təqdim edir:

Ən çox bu məhsulların saxtası satılır - FOTO
1. Üyüdülmüş qəhvə - işbazlar ucuz alıb baha satmaq üçün qəhvə yerinə soya dənələrini üyüdüb paketləyirlər. Qəhvə yerinə soya içmək istəmirsinizsə, qəhvəni dən şəklində özünüz alıb evdə üyüdün.

Ən çox bu məhsulların saxtası satılır - FOTO
2. Zeytun yağı – bahalı yağ alıb qürrələnə-qürrələnə torbanı yellətməyə tələsməyin. Ola bilsin ki, sizə zeytun görkəmi verilmiş günəbaxan yağı sırıyıblar. Günəbaxan yağında pis heç nə yoxdur, amma zeytun yağı qiymətində deyil axı... Bunu ayırd etmək üçün duru yağdan bir stəkana töküb soyuducuya qoyun. Çöküntü verərsə, əsil zeytun yağıdır.

Ən çox bu məhsulların saxtası satılır - FOTO
3. Bal - ən çox saxtasına üz tutulan məhsul. Hətta təkcə son dövrlərdə deyil, az qala bir əsrdir ki, bu balın saxtası yolu ilə nə pullar qazanılıb. Şəkər, fruktoza və daha nələr vasitəsilə əldə olunan mayeyə süni qoxu da verilir və hazırdır, bal adı ilə piştaxtaları bəzəyir. Bunu bilmək üçün balı bir qaşığa töküb qızdırın, saxtadırsa, köpüklənəcək. Amma dükandaca dəqiqləşdirmək istəyirsinizsə, bilin ki, təbii bal xarlaşır.

Ən çox bu məhsulların saxtası satılır - FOTO
4. Düyü – son vaxtlar əhalini ən çox qorxuya salan məhsullardan olub. Saxta düyüləri nişasta və plastik maddədən hazırlayır, düyü aroması ilə satışa çıxarırlar. Bunu yalnız bişirəndə ayırd edə bilərsiniz. Saxta düyü suda batmır, əsl düyü isə qazanın dibinə çökür. Üstəlik bişirməzdən öncə düyünü yandırın, plastik kimi yanarsa... şərhə deyil, lənətə ehtiyac yaranacaq.
Ən çox bu məhsulların saxtası satılır - FOTO

5. Nar şirəsi – çox zaman alma şirəsini rəngləyib nar şirəsi adı altında satırlar. Ən pisi isə adi suya rəng qatıb rəfə düzürlər. Bunu bilməyin tək yolu orqanizminizdir. Əsl nar şirəsini içəndə ağız, dil büzüşür. Ehtiyat edirsinizsə, daha sadə yolla yoxlayın. Etibarlı brendlərdən şirəni alın və məhsulun üzərindəki tərkib haqqında məlumatlara diqqət yetirin.
Şəfiqə ŞƏFA
Tarix: 31-03-2017, 20:35
Xəbəri paylaş





Xəbər lenti