Ağ tutun sağlamlıq üçün 7 FAYDASI

Ağ tutun sağlamlıq üçün 7 FAYDASI Ağ tut faydalı diyetik məhsuldur. Müxtəlif vitaminlər, minerallar, bioloji aktiv maddələr, pektinlər, təbii şəkərlərlə zəngin olan ağ tut bir çox xəstəliklər zamanı olduqca faydalıdır.

1. Ürək-damar sistemi xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası üçün ağ tut yeyin. Ağ tut ürək əzələsini və damarları möhkəmləndirir, aterosklerozun inkişafının riskini azaldır.
2. Ağ tut nəfəsalma sistemində iltihabları azaldır, bəlgəmgətirici təsirə malikdir.
3. Sidikqovucu təsirə malik olan ağ tut təzyiqi tənzimləməyə, ödemləri azaltmağa kömək edir.
4. Əqli fəaliyyəti ilə məşğul olan insanlar mütləq ağ tut yeməlidir. Fosfor və qlükoza ilə zəngin olan bu giləmeyvə beyinin fəaliyyətini yaxşılaşdırır.
5. Ağ tut sinir sisteminə müsbət təsir edir, stressi azaldır, əhvalı yaxşılaşdırır.
6. Kalsium və fosforla zəngin olan ağ tut sümüklərin sağlamlığı üçün faydalı sayılır.
7. Ağ tut qaraciyər üçün çox faydalıdır.


Saglamolun.Az
Tarix: 31-05-2017, 15:02
Xəbəri paylaş





Xəbər lenti