Dünyanın dörd bir yanından “Facebook zədə” hekayələri və onların acı nəticələri...
Son zamanlar dünyada da bir presedent yaranıb: sosial şəbəkədə yazdığı statusa görə həbs olunanlar, o statusu layk etməyə görə icbari cəza alanlar... Sanki facebook bir növ insanların başı üstündən asılan “Domokl qılıncı” kimidir. İnsanlar fikir bildirmədən, nəsə paylaşmadan öncə yüz ölçüb, bir biçməlidir.
Psixoloqlar isə hesab edir ki, bu, sosial şəbəkənin insanların həyatına ciddi müdaxiləsinin nəticəsidir. Belə ki, artıq həyat facebook üzərində qurulduğundan münasibətlər, intriqalar, bəzən siyasətdəki böyük prosesləri də sosial şəbəkə tənzimləyir. Bu isə şəxsi münasibətləri kəskin şəkildə zədələyir. Mütəxəssislərin fikrincə, bəzən deyilən çox da sərt olmayan söz, fikir sosial şəbəkədə özünü “dəyər”indən artıq göstərir.
Üzbəüz deyildiyi zaman, səs tonunun, mimikanın da müşayiəti ilə çox sərt effekt yaratmayan fikirləri sosial şəbəkədə oxuyanda insanlara toxunur. Xüsusən də bu fikri dəstəkləyənlərin varlığı tənqid hədəfinə “meydanda təklənmiş” təəssüratı yaradır. Cəmiyyət mühəndisləri hesab edir ki, bunun problem həddindən adi normaya çevrilməsi insanların tolerantlıq, dözümlülük həddinin artmasından asılıdır. Zaman keçdikcə inkişaf etmiş cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkəyə olduğundan artıq yük, status verilməyəcək.
Amma bu da sirr deyil ki, indiyədək sosial şəbəkə, orda yazılan hansısa status, paylaşılan foto dünyanın ən inkişaf etmiş ölkələrində belə ciddi problemə səbəb olub. Onlardan bir neçəsini nəzərə çatdıraq.Saxta pulla aldadılan 22 yaşlı cənubi karolinalı qarson Eşli Conson onu uzun saatlar boyu ayaq üstə saxlayıb, bəxşiş olaraq da saxta pul verən müştərinin və çalışdığı restoranın adını facebookda paylaşdığı üçün işdən çıxarılıb. İşdən çıxarılma səbəbi isə müştəriləri aşağılamasıdır.
Daha bir hadisə isə facebookda ictimai rəylə bağlı araşdırma hazırlayan bir məhkəmə jürisi olan qadınla bağlıdır. Qadın proses davam etdiyi zaman hansı istiqamətdə səs verəcəyini bilmədiyi üçün sosial şəbəkənin yardımından istifadə edib. Belə ki, səsvermə keçirən qadın dərhal jüri üzvlüyündən çıxarılıb.
Facebookda öyünənlərin acı sonluğu2014-cü ildə ABŞ-ın Florida ştatındakı Mayami şəhərində yaşayan, “Gulliver Preparatory School”da işləyən Patrik Sney işlədiyi məktəbi məhkəməyə verib. Məhkəmə prosesi 69 yaşlı P.Sneyin qələbəsi ilə başa çatan kimi Dana facebookdakı profilində yazıb: “Anam və atam ”Gulliver"ə qarşı məhkəmə prosesində qalib gəldilər. Onlardan alacağımız pulla Avropaya istirahətə yollanacağam".
Boston Kollecinin tələbəsi olan Dananın bu statusunu 1200 nəfər bəyənib. Lakin Dana Sneyin unutduğu məsələ vardı: Sney ailəsinin məktəblə əldə etdiyi razılaşmaya görə, onlardan kimsə məhkəmənin gedişatı və qərarı ilə bağlı hər hansı xəbəri kütləvi informasiya vasitələrinə verməməli, sosial şəbəkələrdə paylaşmamalı idilər. Dananın statusundan sonra “Gulliver Preparatory School” Sney ailəsini anlaşmanı pozmaqda suçlayaraq məhkəməyə müraciət edib. Məhkəmə də Patrik Sneyi 80 min dollar məbləğində cərimələyib.
20 yaşındaki mədən işçisi polis maşınından benzin oğurlayarkən çəkdirdiyi şəkli facebook vasitəsilə yayımlayınca, başı polislə dərdə girib. Polisin benzin çənindən çıxan xortumla doldurduğu bidonun başında olduqca xoşbəxt görünən Baker Kentuki adlı oğru yaxalanandan sonra bildirib ki, “hər hansı pis məqsəd”i olmayıb. Belə ki, ürəyi sıxıldığ zaman polis maşınını görüb və belə bir zarafat etmək istəyib. Amma onun bu “zarafatcıllığı” polisin xoşuna gəlməyib və onu həbs edib.Sosial şəbəkədəki şitliklər insanların işini itirməsinə səbəb olurmuşKeçirdikləri partinin səhəri günü bir dostunun bədənini qaralayan Caitlin Davis adlı qız da bu səbəbdən işini itirib. Belə ki, o, yatmış rəfiqəsinin bədəninə müxtəlif simvolları əks etdirən şəkillər çəkərək sosial şəbəkədə paylaşıb. Bu hərəkətinə görə çalışdığı şirkət onu işindən azad edib. Xəstəxanada “plankinq” (döşəməyə uzanma) aksiyası keçirən işçi heyəti bunun şəkillərini facebookda paylaşdığı üçün işini itirib.
İngiltərədə bir futbol komandasının maskotu (komandanı simvolizə etmək üçün istifadə edilən heyvan, çizgi film xarakteri) öz komandasının transferləri barədə sosial şəbəkədə tənqidi fikir bildirdiyi üçün işdən azad edilib.
Çalışdıqları hava yolları şirkətini ifşa edən işçi heyəti bu işdə sosial şəbəkənin xidmətindən istifadə etdikləri üçün məlum sonluq onları da haqlayıb. Belə ki, onlar “Thirteen Virgin Airlines” hava yolu şirkəti motorlarının nə qədər sıx dəyişdiyini bildirən və kabinələrin də hansı tezlikdə böcəklərin istilasına məruz qaldığını bildirmişdilər. Buna görə də status yazılan kimi şirkət rəhbərliyi onların işinə son verib.
Cənubi Karolinanın “ən avara məktəbində” çalışan müəllimə elə facebook səhifəsindəki “haqqında” bölümünə “ən avara məktəbdə müəllimlik edir” yazmışdı. Onun bu “səmimiyyəti” məktəb rəhbərliyi tərəfindən qəbul edilmədiyi üçün işdən çıxarılıb.
Bukinqam Sarayında çalışan Keyt Middletona facebook vasitəsilə ən ağır təhqirləri söylədən Kameron Reylinin işinə son verilib.
Şagirdini facebookda dostluğa qəbul edən müəllim onun şəklinin altına “çox seksual bir poza” deyə şərh yazdığı üçün işindən azad edilib.
Facebookda əlindəki içki qədəhi ilə poza verən müəlliməyə də işdən çıxması üçün vaxt verilib. Hələ də işini geri qazanmaq üçün çalışır.
Şikəst olmadığı ortaya çıxan Nathalie Blanchard adlı qadının başı ağrıyıb. 2008-ci ildən bəri şikəstlik sığortası alan qadın yay tətili zamanı çəkdirdiyi əyləncəli və sağlam şəkillərini facebookda paylaşdığı üçün məvacibi kəsilib.
Facebookda müdirini və işini pisləyən bir alman qızın başına gələnlər də maraqlı olub. O, müdirini dost siyahısına əlavə etdiyini unutduğu üçün yazdığı statuslar da birbaşa müdirinə çatıb. Nəticədə qızcığaz da tez bir zamanda işini itirib.
Şagirdlərinə qarğış edən müəllimənin hekayəsi isə lap maraqlıdır.6-cı sinfə gedən bir şagirdin sahil gəzintisində ölməsindən sonra facebook profilində “Bu gündən etibarən sahil gəzintisinin tələbələrim üçün çox yaxşı bir gəzinti tərcihi olduğunu düşünürəm. Onlara nifrət edirəm” tipli status yazıb. Müəllimə haqda məktəb rəhbərliyi şiddətli töhmət verib və işdən azad edib.
Monastrdakı kompüterdə arxiv yaratmaq əvəzinə daha çox facebookda vaxt keçirən rahibə Maria Jesus Galanın bu hərəkəti birmənalı qarşılanmayıb. Onu dərhal Santa Domingo el Real monastrından çıxarıblar.
Tania Dickinson adlı qadın Facebook vasitəsilə Sosial İnkişaf Nazirliyindəki vəzifəsini aşağıladığı üçün işdən qovulub.
Gürcustandakı futbol komandalarından birinin texniki direktoru olan Frank Samuelson facebookdakı irqçi sözləri ucbatından vəzifəsindən qovulub.
İsveçrədə bir qadın iş yerinə zəng vuraraq, miqrendən əziyyət çəkdiyini və bir günlüyünə evdə qaranlıq bir otaqda işləyəcəyini bildirib. Amma gün ərzində onun facebookdakı hərəkətləri görüldüyü üçün işinə son verilib.
Azərbaycanda facebook statusuna görə məhkəməAzərbaycanda da sosial şəbəkə vasitəsilə paylaşdığı statusa görə cəzalandırılan, polisə çağırılan və hətta həbs olunanlar var. Amma bir çox hallarda onların həbsi rəsmi qaydada sosial şəbəkədəki statusun nəticəsi kimi göstərilmir - baxmayaraq ki, qeyri-rəsmi səbəbi FB statusu olan xeyli həbslər var.
FB-nin də səbəb olduğu bir məhkəmə işinə nəzər yetirək:2013-cü il noyabrın 25-də Şirvan Apelyasiya Məhkəməsi Astara Məhkəməsinin facebookdakı tənqidi ifadələrə görə cinayət cəzası kəsən hökmünü ləğv edib. Yuxarı məhkəmə rayon məhkəməsinin hökmünün ciddi prosessual pozuntulara yol verilməklə çıxarıldığı qənaətinə gəlib. “Facebook işi” ilə bağlı - Astara Rayon Məhkəməsi 2013-cü ilin iyul ayında “AccessBank”ın keçmiş işçisi Mikayıl Talıbovu internetdəki ifadələrindən dolayı cinayət məsuliyyətinə cəlb edən hökm çıxarmışdı. M.Talıbov "AccessBank"dakı işindən çıxarılmasını qanunsuz sayırdı. O, facebookda “Accessbank - Haqsızbank” adlı səhifə yaradaraq bankın işini sərt ifadələrlə qamçılamışdı. Bank həmin səhifəni defamativ məzmunlu sayaraq məhkəmədən M.Talıbovun böhtana görə məsuliyyətə cəlb olunmasını tələb etmişdi. Astara Rayon Məhkəməsi facebook səhifəsindəki “Accessbank-Haqsızbank”, “Azərbaycanlıların qazandığı pullarla Azərbaycana qarşı”, “Accessbank siyasi gərginliyi artırır, əhalini hökumətdən narazı salır”, “Bankda 50 000 manata 5 000 manat şapka alınır” və digər oxşar ifadələrin böhtan məzmunlu olduğu qənaətinə gələrək, M.Talıbovu Cinayət Məcəlləsinin böhtana görə məsuliyyət müəyyən edən bədnam 147.1 maddəsi ilə təqsirli bilmişdi. M.Talıbov aylıq qazancının 20%-nin dövlətə alınmaqla, 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, habelə M.Talıbovun üzərinə facebookda təkzib vermək vəzifəsi (!) qoyulmışdu.Mikayıl Talıbovun hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri müdafiə edirlər. MHİ-nin vəkilləri Şirvan Apelyasiya Məhkəməsinə təqdim etdikləri şikayətdə Astara Məhkəməsinin hökmünün qanunsuz olduğunu, maddi və prosessual pozuntulara yol verilməklə çıxarıldığını, M.Talıbovun ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnu pozduğunu qeyd etmişdilər. Məhkəmədən rayon məhkəməsinin hökmünün ləğvi tələb olunurdu. Apelyasiya şikayətinə noyabrın 25-də Şirvan Apelyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun sədrliyi ilə baxılıb. Məhkəmə hesab edib ki, rayon məhkəməsinin hökmü ciddi prosessual pozuntulara yol verilməklə çıxarılıb, M. Talıbovun ədalətli məhkəmə araşdırması hüququ pozulub. Şirvan Apelyasiya Məhkəməsi hökmü ləğv edərək işi yenidən baxılmaq üçün Astara məhkəməsinə qaytarıb.Britaniya hökuməti GCHQ kəşfiyyat xidməti tərəfindən google, facebook və internet poçtu xidmətlərinin Britaniyaya aid olan hissəsinin izlənməsinin qanuni olduğunu və bunun üçün məhkəmə qərarına ehtiyacın olmadığını bildirib. Kəşfiyyat rəisi Charles Farr-ın sözlərinə görə, adıçəkilən şəbəkələrdə britaniyalıların fəaliyyəti “xarici əlaqələr” sayılır və bu səbəbdən həmin əlaqələrə və fəaliyyətə müdaxilə oluna, adıçəkilən sosial şəbəkələr müəyyən şəraitdə izlənilə bilər və “heç bir əlavə icazə alınmasına ehtiyac yoxdur”.
Bu praktikanın mövcudluğu Privacy International (PI) şirkəti ilə məhkəmə çəkişməsi zamanı aşkar olunub.PI bu qaydanı vətəndaşların hökumət tərəfindən izlənilməsi praktikasının “ört-basdır” edilməsi siyasəti kimi qiymətləndirib. ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden bütün dünya boyu vətəndaşların telefon danışıqlarının və internet aktivliyinin hökumətlər tərəfindən izlənməsini ifşa edəndən sonra ilk dəfədir ki, Britaniya hökuməti bu sahədə mövcud praktika və qanunvericiliyə dair şərh verib.
Sevinc TELMANQIZI
Tarix: 3-06-2017, 14:08