Londonda növbəti terror hadisəsi – 6 NƏFƏR ÖLDÜRÜLÜB, 30 YARALI VAR - YENILƏNİB
Londonun mərkəzindəki körpüdə mikroavtobus piyadaları vurub.
Bu barədə "BBC" (Bi-Bi-Si) telekanalı xəbər verib."The Sun"ın məlumatına görə isə, hadisə yerində insanlar təxliyə ediliblər. Əraziyə silahlı polislər cəlb olunub.
Şahidlər polislərin atəş açdığını bildirib.
"Biz qaçmağa məcbur olduq. Çoxlu sayda atışma vardı" deyə hadisə şahidlərindən biri bildirib.
"Sun" nəşri də London körpüsündə atışma səslərinin gəldiyini xəbər verib. Lakin nəşr hadisə şahidlərinə əsasən bir neçə nəfərin bıçaq xəsarətləri aldığını bildirib.
"Telegraph" isə 15-20 nəfərin xəsarət aldığını bildirib. Yerli KİV hadisə nəticəsində 1 nəfərin öldüyünü bildirib.
***
Hücumda 5 nəfər iştirak edib
Londondakı hücumlarda 6 nəfər ölüb, 30 nəfərin xəsarət aldığı güman edilir.
Bu barədə Britaniyanın "The Sun" qəzeti məlumat yayıb.
Bildirilir ki, hücumda 5 nəfər iştirak edib. Şahidlərin sözlərinə görə, onlardan 2-i polis tərəfindən öldürülüb. Daha 3 nəfər isə axtarılır. Milli Səhiyyə Xidmətinin məlumatına görə, xəstəxanalara 30 nəfər yerləşdirilib.
Həmçinin qeyd olunur ki, bir qrup terrorçu Londonun mərkəzindəki pivəxanalardan birinə daxil olmağa cəhd edib, lakin müəssisənin əməkdaşları qapıları onların üzünə bağlayıblar.
Qeyd edək ki, polis London körpüsündə və bazardakı insidenti terror aktları edib./Report.az
Tarix: 4-06-2017, 10:16