Yumurta arıqladır
İngiltərə alimləri yumurtanı "təmizə çıxartmaq" üçün xüsusi araşdırmalar aparıblar. Araşdırmada 2 qrup insanlar iştirak edib. Hər iki qrupun üzvləri eyni qaydada qıdalanırdı.
Lakin 1-ci qrup hər gün 2 yumurta yeyib, 2-ci qrup isə yeməyib. 3 aydan sonra elmi təcrübədə iştirak edən insanların qanında xolesterinin səviyyəsini yoxlayıblar. Məlum olub ki, hər gün 2 yumurta yeyən insanların qanında xolesterinin səviyyəsi qalxmayıb və yumurta yeməyən insanların xolesterindən fərqlənmir. Bundan əlavə yumurta yeyən qrupun üzvlərinin çəkiləri azalıb.
Beləliklə, yumurtanın gündəlik qəbulu qanda xolesterinin səviyyəsini artırmır. Təbii ki, yumurtanı yağda qızardılmış şəkildə yox, suda bişirilmiş şəkildə yemək daha yaxşıdır. Həmçinin yumurta bərk yox, ilıq olmalıdır - bu halda yumurta orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Çiy yumurtanı isə ümumilikdə qəbul etmək tövsiyə olunmur. Çiy zülal orqanizm tərəfindən daha pis mənimsənilir və həmçinin çiy yumurta qəbul edən insanın orqanizminə çox təhlükəli mikroblar düşə bilər.
Yumurta arıqlamağa kömək edir - yumurta insanı daha uzun müddət ərzində tox saxlayır.
Musavat.com
Tarix: 7-06-2017, 04:05