Aksiya keçirən tələbələrlə bağlı islahat - Yeni rektor qaydaları dəyişdi
Xarici Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.
Lent.az-ın xəbərinə görə, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir.
- Yay məktəbi tam pulsuz olacaq
- Apeliyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq
- İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq
- İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq
- Çöldə əlavə nəzartçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq
- Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və özləri kitabxana əməkdaşları gətirib verəcək
- 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsrlərində köməklik olunacaq
- İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq.
- Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək
- Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək
Tarix: 8-06-2017, 21:57