SENSASİYA -Tramp Rusiyadan pullar alıb
ABŞ prezidenti seçkilərində Donald Trampın qələbəsi - Rusiya Federal Təhlükəsizlik Xidmətinin sarsıdıcı qələbəsidir, 2000-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra ən ciddi uğurudur. Rus xüsusi xidmət orqanlarınnın köməyilə dövlət başçısı olmuş Tramp tamamilə Rusiya Federasiyası prezidenti Vladimir Putindən asılıdır.
Bu barədə rus-amerikan tarixçisi, “FTX Rusiyanı partladır” kitabının müəlifi Yuri Feltişinskinin “Qordon” nəşri üçün yazısında deyilir. Moderator.az yazının tərcüməsini kiçik ixtisarla təqdim edir:Bizim Amerikada problem yaranıb. Belə bir uşaq oyunu vardı "nə hə, nə də yox demək, ağ, qara geyinməmək”. Bax, artıq bir neçə aydır ki, bu oyunu oynayırıq. Bu oyunun tarixçəsi belədir. 2000-ci ildə FTX Rusiya prezidenti vəzifəsinə öz adamını-polkovnik Vladimir Putini qoydu. 10-12 il ərzində bu struktur Bütün Rusiyada hakimiyyəti ələ keçirdi və bu günədək də idarə edir. Tarixdə hələ indiyədək belə bir hadisə olmayıb ki, ölkəni gizli polis idarə etsin. Diktatorlar idarə edib, partiyalar idarə edib, amma gizli polis idarə etsin, bu heç vaxt olmayıb. Ona görə də hamı əzab çəkir, anlamağa çalışırlar ki, Rusiya ilə nə baş verir və bu bədbəxtliklə necə mübarizə aparılsın. Rusiyada isə sadəcə KQB/FTX hakimiyyətə gəlib, vəssalam.
2016-cı ildə FTX ABŞ-da öz agentini hakimiyyətə gətirdi. Bu adamın adı Donald Trampdır. Onu da qeyd edim ki, 2000-2016-cı illərdə analoji əməliyyatlar Avropada da keçirildi. Bir neçə Avropa ölkəsində, bizim nəzərimizdən yayınsa da bu əməliyat baş tutdu. Hansısa ölkələrdə isə uğursuzluq oldu. Və bu uğursuzluqlar bizə məlumdur. Necə ki, tutulan agentlərdən xəbərimiz olur, naməlumlardan isə heç vaxt. Məsələn, Çernoqoriyada çevriliş alınmadı. Çernoqoriyada tələsik çevriliş etmək bu ölkənin NATO-ya üzv olacaq planları ilə bağlı idi. Çevriliş baş tutsaydı, bu ölkə NATO-ya üzv ola bilməyəcəkdi. Agent Le Penin də Fransa prezidenti olması planı baş tutmadı. Yəni elə bilinməsin ki, Putin, FTX yalnız qələbələr əldə edir. Bu belə deyil.
Amma, ABŞ-da FTX 2016-cı ildə qələbə qazandı - ABŞ prezidentliyinə öz adamını - Donald Trampı qoydu. Buna necə müvəffəq oldular -bu ayrı, uzun söhbətdir. Amma, nəticə bəllidir. Ona görə də “ağ, qara geyinmirik, hə, yox demirik” oyununa son verib, hər şeyi öz adı ilə demək lazımdır.
Seçkilər keçirildi, Tramp qalib gəldi. Amma birdən məlum oldu ki, Tramp əleyhinə seçkiöncəsi deyilənlər əsaslıdır. Rusiyanın müdaxiləsi də olub; Trampın komandasındakı adamların Rusiya funksionerlərilə icazəsiz görüşləri də olub; Tramp müxtəlif situasiyalarda Rusiyadan pullar alıb; Və general Flinn kimi əməkdaşlar da rus pulları alıb. Federal Təhqiqatlar Bürosunun direktorunu da ona görə vəzifəsindən azad etdilər ki, Rusiya əleyhinə aparılan təhqiqatın dayandırılmasından imtina etdi və baş prokuror Rusiyanın ABŞ-dakı səfiri Kislyakla görüşünü gizlətdi. Bu gələn informasiyaların ucu-bucağı görünmür. Hər gün yeni nəsə olur.
Bu məsələnin fonunda Konqresdə Rusiya əleyhinə yeni sanksiyalar tətbiq edilməsi sədaları ucaldı. Əgər Rusiya seçkilərə müdaxilə və təsir edibsə prezident Tramp istefaya getməlidir. Mən açıq deyirəm: Neçə ki, Tramp vəzifədədir, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunmayacaq. Çox güman ki, yenilərini tətbiq etməyib, köhnələri ləğv edəcək. Ona görə ki, sanksiyaların götürülməsi Putinin Trampa olan böyük ümidindən biridir. Bu sanksiyalara görə Konqresslə prezidentin mübarizəsini –yəni Konqres sanksiyalara “hə” deyir, prezident “yox” deyib veto qoyur- təsəvvür etmək olarmı? Olar. Belə olan halda Konqresin əvvəlcə prezidentə impiçment elan etməsi daha asan görünür.
Ona görə ki, Moskvanın seçkiyə müdaxiləsi açıq görünürsə sanksiya tətbiqi qanunauyğundur. Və əgər Rusiya seçkilərə müdaxilə və təsir edibsə Tramp istefaya getməlidir.
Tramp Rusiyadan çox asılı vəziyyətdədir. Bu günkü situasiya elədir ki, Putin Trampı 24 saat içində vəzifədən kənarlaşdıra bilər. Tramp bunu gözəl anlayır. Trampı prezidentlikdən uzaqlaşdırmaq üçün Putin Kremlin sərəncamında olan informasiyaların - Flinin, Kuşnerin, Seşensin, kiçik Donald Trampla və Trampın özü ilə rusiyalı məmurların görüşlərin və danışıqların onda birini açıqlasa yetərlidir.
Mən hələ onu demirəm ki, Putin bu materialları bir balaca korrektə etsə, Tramp 24 saata yox, 12 saata da uçar vəzifəsindən. Bunu Tramp da, Putin də çox yaxşı anlayır. Belə olduğu halda Tramp yeni anti Rusiya sanksiyalara yol verə bilərmi? Hesab edirəm ki, edə bilməz. Moskvanın seçkilərə müdaxiləsinin yeganə adekvat reaksiyası o ola bilər ki, Rusiyada rejim dəyişikliyi baş versin.
Hələ 2014-cü ildə Rusiya Şərqi Ukraynaya, Krıma daxil olanda mən hesab edirdim ki, Rusiyaya qarşı elə sanksiya tətbiq olunacaq ki, bundan sonrakı addım yalnız müharibədir, çünki Rusiya aqressiyasını yalnız bu cür dayandırmaq mümkündür. Bundan sonra da Rusiya Avropaya, ABŞ-a üz tutdu, seçkilərə müdaxilə etdi, ordusuz, “hibrid müharibə” ilə. Və bundan sonra ABŞ-da qalib gələn Putinin agenti Rusiyaya necə sanksiya tətbiq edə bilər? Bu sanksiyaların siyahısını tərtib etmək mənə çətindir. İlk sanksiya mənə aydındır - Trampın impiçmenti. Məhz bu gün ən əsas anti Rusiya sanksiyası budur!. İkinci - Rusiya səfiri Kislyakı və 20 yanvar 2017-ci ilə kimi, yəni Trampın rəsmi dövlət başçısı vəzifəsinə başladığı günə kimi, Tramp və onun komanda üzvlərilə icazəsiz görüşlər keçirmiş rus məmurların hamısını ABŞ-dan qovmaq.
Üçüncü sanksiya -Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinin təhqiqatını davam etdirmək.
“Uotergeyt” dən və Niksonun istefasından sonra 46 nəfər həbs olundu, Nikson özü tutulmasa da. Trampın işində ittiham olunacaq adamların siyahısı hər gün artır və hələ sonu görünmür. ABŞ seçkilərinə müdaxilə Amerikaya düzəlməz zərbə vurub. Bu Amerika tarixinə Perl Xarbor, 11 sentyabr 2001-ci il terroru kimi daxil olacaq.Siam.az
Tarix: 14-06-2017, 23:53