Özəl çimərliklərdə bir günlük istirahət neçəyə başa gəlir? - VİDEO
Artıq bir neçə gündür çimərlik mövsümünə start verilib. Bildiyimiz kimi ictimai çimərliklərlə yanaşı, özəl çimərliklər də insanlara xidmət göstərir. Bu gün özəl çimərliklərdə göstərilən xidmətlərin qiymətləri ilə maraqlanmışıq.
Çimərlik mövsümünün rəsmi olaraq açıq elan edilməsi, özəl çimərliklərdə göstərilən xidmətlərin qiymətlərini aktuallaşdırıb.
Çimərliklərdə apardığımız çəkiliş zamanı məlum oldu ki, ən çox tələb olan stol-stul dəsdi, günəşlənmək üçün vasitə, çətirlər və istirahət üçün lazım olan digər əşyalar. Bu vasitələrin qiymətləri isə əksər çimərlikdə demək olar ki, eynidir.
Havaların bir neçə gündür qeyri-sabit keçməsinə baxmayaraq çimərliklərə gələnlə də az deyil.
Bəzi elit çimərliklər də var ki, burada qiymətlər bahadır. Həmçinin bu çimərliklərdə giriş qiymətləri bir nəfər üçün hesablanır. Belə ki, Abşeron yarmadasının ən bahalı çimərlikləri Novxanı, Bilgəh və Şıxov ərazisində olan özəl çimərliklər sayılır. Həmin çimərliklərdə 1 nəfər üçün giriş qiyməti 15-50 manat arasında dəyişir.
Tarix: 18-06-2017, 22:48