“İndi çimərliklər o vəziyyətdədirlər ki, turistlər qorxa bilər”

“İndi çimərliklər o vəziyyətdədirlər ki, turistlər qorxa bilər” Xəzərin kanalizasiya suları və ya niyə bizdə çimərlik turizmi yoxdur?

Dövlət başçısı İlham Əliyev 2017-2020-ci illərdə çimərlik turizminin inkişafı ilə bağlı sərəncam imzalayıb.



Sərəncam Xəzər dənizinin Azərbaycan sektorundan turizm məqsədləri ilə daha rasional istifadəni nəzərdə tutur. Bu məqsədlə Bakıda və ölkənin bir sıra bölgələrində yeni çimərliklər salınmalıdır.

İndi çimərliklər o vəziyyətdədirlər ki, turistlər ancaq onlardan qorxa bilər.

Aparılan monitorinqlərdə bəzi çimərliklərdə xəstəliyə səbəb ola biləcək bakteriyalar aşkar edilib.

Ekspert Telman Zeynalov deyib ki, Abşeronda çirkli suların töküldükləri yerlər var. Çirkab suları həmin yerlərdən çimmək kimi istifadəyə imkan vermir.

Ekoloq deyib ki, son illərdə dəniz sahili boyunca bahalı villalar və bağ evləri tikilir. Amma dənizdə təmizliyi qorumaqdan ötrü kanalizasiya sistemi quraşdırılmır:

«Aydın deyil, kimsə bahalı villa tikir, amma kanalizasiya sularının təmizlənməsi üçün təmizləyici qurğu qurulmasına pul qoymaq istəmir. Təəssüf ki, bizdə ətraf mühit dəhşətli dərəcədə çirkləndirilir və ona ağır zərbələr vurulur».

Ekoloq hesab edir ki, Abşeron çimərliklərinin durumu heç də ürəkaçan deyil:

«Abşeron çimərliklərinə baxaq, orada demək olar ki, qum qalmayıb, hamısını tikinti ehtiyaclarına sərf ediblər. İndi milyon illər lazımdır ki, hər şey özünün əvvəlki vəziyyətinə qayıtsın. Bunu da demək lazımdır ki, sadə vətəndaşlar da bu çimərlikləri zibilləyir. Hələ burada da bir maarifləndirmə işi lazımdır».

T.Zeynalov deyib ki, Azərbaycan çimərlikləri beynəlxalq miqyasda tanınmayıb:

«Azərbaycanın hələ bir çimərliyi belə, təhlükəsizliyi, ekoloji təmizlik səviyyəsini əhatə etməklə 32 yüksək meyarı özündə birləşdirən «göy bayraq» sertifikatı almayıb». (echo.az)
Tarix: 23-06-2017, 16:49
Xəbəri paylaş





Xəbər lenti