Məktəblər Mikayıl Cabbarovun əmrinə məhəl qoymadı: "Hər kəs mərasim keçirdi"

Məktəblər Mikayıl Cabbarovun əmrinə məhəl qoymadı: "Hər kəs mərasim keçirdi" Bakıda fəaliyyət göstərən məktəblər Təhsil Naziri Mikayıl Cabbarovun əmrinə məhəl qoymayıblar.

AZXEBER.COM-un məlumatına görə, nazir məzun günlərinin yalnız məktəb daxilində keçirilməsi ilə bağlı bu ayın 9 iyun tarixində əmr imzalamışdı.


Eyni zamanda nazirlik məktəblər tapşırıq vermişdi ki, məzunlar təntənəli mərasim keçirməsinlər.

Maraqlıdır ki, Mikayıl Cabbarovun bu əmrini bir çox məktəblər görməzdən gəlib və məzun günü Bakının təntənəli məkanlarında baş tutub.

Tanınmış müğənni Miri Yusif 6 nömrəli məktəbin məzun günündə iştirak edib və oradan videolar paylaşıb.

Belə olan təqdirdə ortaya sual çıxır: Görəsən, Mikayıl Cabbarov bu əmri kimə şamil edib? Əgər məktəb direktorları nazirə tabe deyillərsə, o zaman Təhsil Nazirliyi kimə və nəyə lazımdır?Məktəblər Mikayıl Cabbarovun əmrinə məhəl qoymadı: "Hər kəs mərasim keçirdi"
Məktəblər Mikayıl Cabbarovun əmrinə məhəl qoymadı: "Hər kəs mərasim keçirdi"
Tarix: 30-06-2017, 22:58
Xəbəri paylaş





Xəbər lenti