Günə fəal, dolu başlayıb, gün içərisində depressiv, kədərli, yorğun olanlardansınızmı? Elə isə siizn də enerjinizi oğurlayanlar var. Maraqlıdır, bəs enerjimizi oğurlayan bu vampirlər kimlərdir və onlardan hansı üsullarla qorunmaq olar?Moderator.az-ın təqdim etdiyi bu yazıda həmin sualların cavabını tapa biləcəksiniz.
Mənfi enerjidən qorunma üsullarıFizika elmində bir qanun var: Enerjinin saxlanması. Bu qanun deyir ki, enerji yoxdan var edilə bilməz, yox edilə bilməz, ancaq enerji başqa şəkillərə çevrilə bilər. Sadə nümunələrlə külək və günəş enerjisinin elektrik enerjisinə çevrilməsi kimi.
İnsan bədənində də sinir sistemi elektrik siqnalları ilə çalışır. Bütün hüceyrələrin, orqanların və bədəndəki funksiyaların enerjiyə ehtiyacları olduğu kimi, çevirərək ətrafa yaydıqları enerji də var. İnsan maqnetik bir sahəyə malikdir. Bu sahə aura da adlandırılır.
Hər insanın bir aurası var. Bu aura sahəsi ətraf mühitlə əlaqə halındadır. İnsan gözü ilə adətən görülməz. Görə bilənlər vardır. “Kirlian Fotoqraf Peşəsi” kimi texnikalarla də ayrıca təhlil olunur.
TorpaqlanmaMənfi enerjilərdən qorunma yollarını izah etməzdən əvvəl “torpaqlanma” məsələsinə toxunaq. Çünki müdafiə sistemlərindən əvvəl torpaqlanmanın aparılması lazım olduğuna inanılır.
Ən klassik üsulla yalın ayağı torpağa basaraq özünüzü torpaqlaya bilərsiniz. Çox elmi üsuldur. Üzərinizdəki elektrik torpağa axar, rahatlayarsınız.
Torpaqlanmağa imkanınız yoxdursa, duş qəbul edə bilərsiniz. Axan su sizi torpaqlayacaq. Digər bir üsul isə ilıq-isti arası bir duz solisyonuna ayaqlarınızı salmaqdır. Ayaq dabanlarınızın altındakı dəliklərdən duzlu suya orqanizmdəki toksinlər və mənfi enerji axacaq. Duzun dəniz duzu və ya himalay duzu olması lazımdır.
Bütün bunlar elmi olaraq əllə tutulan, gözlə görülən torpaqlanma növləridir. Bunları edə bilərsiniz, ancaq sizə təklif edəcəyimiz üsulu də mütləq edin. Ayağınız torpaqda, duzda, suda və s. olmaya bilər.Bunu edərkən torpaq gərək deyil, binanın ən üst mərtəbəsində də ola bilərsiniz. Sakit bir küncə gedib burnunuzdan dərin nəfəslər alıb yenə də burnunuzdan verin. Bunu bir neçə dəfə təkrar edin. Gözlərinizin bağlı olub olmaması önəmli deyil, amma yeni başlayanlar üçün bağlı olması daha uyğun olar. Başınızın üstündən ağ və ya bənövşəyi işığın bədəninizə girdiyini düşünün. Bu işıq onurğa boyunca gedərək bütün bədəninizə yayılır. Sonra ayaqlarınızdan çıxaraq kainatla birləşir.
Ayaqlarınızı bir ağacın kökləri kimi düşünün. Yüksək mərtəbəli binada olsanız belə bu köklərin torpağa qədər uzandığını xəyal edin. İşıq içinizdən keçdikdə sizdəki bütün mənfi enerjini də alıb aparır. Artıq idi torpaqlandınız.
Xəyal etməklə mənfi enerjidən qorunma üsulları
Bir neçə üsul var. Asılı qalmaq məcburiyyətində deyilsiniz. Öz düşüncənizlə bir qorunma sistemi də inkişaf etdirə bilrəsiniz.
I üsul: Ən klassik olanı budur. Qara, boz, qəhvəyi kimi qaranlıq və tünd rənglərdən başqa bir rəng müəyyən edin. Bu rəngin bir yumurta kimi sizi içinə aldığını təsəvvür edin. Rəng parlaq və çox güclüdür. Kənardan gələn bütün müsbət, pozitiv enerjiləri və titrəmələri içinə keçirir. Sizə zərəri toxunacaq enerji və titrəmələri isə kənarda saxlayır. Xəyalınızda yaratdığınız bu şarı gün içərisində daim düşünərək gücləndirə bilərsiniz. Ağ, bənövşəyi və çəhrayı şarlar ən çox tərcih edilənlərdəndir.
II üsul: Eyni şəkildə şar düşünün, ancaq bu dəfə çəpərinin alovdan olduğunu xəyal edin. Kənardan gələn bütün mənfi enerji və titrəyişlər bu oda dəydiyi anda yox olub gedir. Eyni zamanda daha güclü olması baxımından I üsuldakı sistemi tətbiq edib, sonra bir də bunu edə bilərsiniz.
III üsul: Sizi əhatə edən bir güzgü olduğunu düşünün. Kənardan gələn bütün zərərli enerjilər bu aynaya çarparaq qayıdacaqlar. Pəncərənizi müxtəlif şəkillərdə xəyal edə bilərsiniz.
IV üsul: “Qurğuşun tökdürmək” məsələsini bilməyəniniz yoxdur. Qurğuşun bir element olaraq radioaktiv şüalara belə dözümlüdür. Sizi əhatə edən zirehli qurğuşun xəyal edərəsniz xaricdən gələn bütün mənfiliklərə qarşı özünüzü qoruma altına almış olarsınız.
V üsul: Duş qəbul edəndən sonra içərisinə sirkə qarışdırılmış bir vedrə suyu üzərinizə tökün. Sirkə yaxşı bir təmizləyicidir. Auranızı və enerji dairənizi təmizlədiyi kimi bədəninizə da yaxşı təsir edəvək. Qoxusu isə tezliklə gedəcək. Bir vüdrə suya yarım çay stəkanı sirkə tökmək kifayətdir.Üsulları tətbiq edərkən öz bədəninizdən başqa otağınızı, ofisinizi, olduğunuz binanı, məhəlləni, hətta şəhəri belə qoruma altına ala bilərsiniz. Xəbərləri olmasa da sevdiklərinizə bu tip xəyali qalxan göndərərək onların da qorunmasını təmin edə bilərsiniz.
Tarix: 8-07-2017, 16:43