Ölkə əhalisinin cəmi 5 faizi istirahətə gedə bilərYay istirahət mövsümüdür. Lakin həmin istirahət də bütün əhali təbəqəsi üçün əlçatan olmalıdır. İstirahət qiymətlərinə keçməzdən öncə Azərbaycan əhalisinin orta aylıq əməkhaqqına diqqət etmək yerinə düşər. Yalnız bundan sonra vətəndaşlarımızın təxminən neçə faizinin aylıq əməkhaqqına görə istirahət edə biləcəyini müəyyənləşdirmək olar.2017-ci ilin yanvarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 504.8 manat təşkil edib. Bu rəqəmin bir nəfərin təkcə istirahətini deyil, özü və ailə üzvlərinin gündəlik ehtiyacını minimum təmin etmədiyi elə adi hesablamadan aydındır. Sosioloqlara görə, bir insanın xoşbəxt və qayğısız yaşaması üçün o, ildə 75 min dollar qazanmalıdır. Bu da ayda 6250 dollar edir. Qısası, Azərbaycan reallığıyla mümkünsüz bir məsələ. Bizdə 4 nəfərdən ibarət bir ailənin minimum ehtiyacını ödəmək üçün heç olmasa, 1500-2000 manat arasında vəsait lazımdır. Orta aylıq əməkhaqqının hazırkı həddiylə isə istirahətə getmək arzusu birdəfəlik bağlanmış olur. Çünki aşağıda təqdim edəcəyimiz qiymətlər orta statistik azərbaycanlının ailə büdcəsinə uyğun deyil.
Belə ki, ölkənin istirahət mərkəzlərindəki otellərdə qiymətlər “od qiymətinədir”. Məsələn, məşhur “Marxal Resort&Spa” 5 ulduzlu otelində standart iki nəfərlik otaq 90 manat təşkil edir. “Qızıl qaya” oteli 46 manat,
“Şotomonolit” oteli 59 manat, “Qız Qalası” oteli 69 manat,
“Green house” oteli 39 manat, “Qəbələ Duyma” oteli 39 manat, “Semerana” oteli 59 manat,
“Qafqaz Yeddi Gozel” oteli 49 manat,
“Qəbələ Karvansaray” otel 59 manat təşkil edir. Bu qiymətlərə yalnız 1 gecə oteldə gecələmə, 3 dəfə qidalanma və ya səhər yeməyi daxildir.
Hələ bu qiymətlər ölkədaxili ən ucuz qiymətlərdir. Paytaxta yaxın Xızıda yerləşən Altıağac “Cənnət Bağı” istirahət mərkəzində ən ucuz otaq nömrəsi 80 manatdan başlanır. Lüks otaqlar isə 200-250 manatadır.
Qubadakı istirahət mərkəzlərində də birgünlük otaq qiyməti 80-100 manat məbləğindədir.
Otellərdən başqa, kənd evlərində də turistlər üçün xidmətlər təklif edilir. Lakin bu artıq kifayət qədər ciddi məbləğlərdir. Məsələn, Qəbələdə kənd evlərində bir gün qalmaq 30-70 manat arasındadır. Uzun müddət qalanlara razılaşma yolu ilə endirim edilir. Məsələn, 5-6 nəfər üçün nəzərdə tutulan evdə üç mətbəx, iki yataq və bir qonaq otağı, hamam və ayaqyolu var.
Qubanın Qəçrəş kəndində yerləşən evin günlük kirayə haqqı isə 180-200 manatdır. Kirayə haqqı 5 gün qalana 160 manatdan, 10 gün qalana 140 manatdan, 10 gündən artıq qalana isə 120 manatdan hesablanır.
İsmayıllıda günlük kirayə qiymətləri 30-60 manat arasında dəyişir. Novxanıda dənizin yaxınlığında ikimərtəbəli evdə qalmaq istəyən 10 nəfər üçün günlük kirayə haqqı 120 manatdır. 10 gün qalan qrupa kirayə haqqı 100 manatdan hesablanır.
Qeyd edilənlərə baxanda, ölkə əhalisinin neçə faizinin aylıq əməkhaqqına görə istirahət edə biləcəyi tam aydınlığıyla ortaya çıxır. Beləliklə, rayonlarda bir həftəlik istirahət orta satatistik azərbaycanlı ailəsinin heç yarı faizini də əhatə etmir. Ölkə daxilində bir həftəlik istirahət hamı üçün mümkünsüz olsa da, turizm şirkətləri vətəndaşlarımız üçün xaricdə də istirahət paketi təklif edir. Bu artıq yalnız bir neçə faizin cibinə uyğun olsa da.
Məsələn, hər il olduğu kimi, bu il də Türkiyənin istirahət mərkəzləri arasında ən çatımlı qiymət Antalyadadır. Amma bununla belə qiymətlər ötən illə müqayisədə xeyli artıb (Eurasia Diary).
Qiymətlərin ötənilkilə müqayisədə xeyli baha olmasının səbəbi də keçən il rusların Türkiyəyə gəlməməsi, buna görə də zərər edən turizm obyektlərinin qiyməti artırmasıdır. Beləliklə, orta hesabla 2 nəfərin Bakıdan Antalyaya 7 gün, 8 gecəlik istirahəti 800 dollar təşkil edir. Minimal qiymət isə Antalyadadır. Bir vaxtlar insanlar Tiflisdən səfərlə bilet qiymətinə qənaət edərək tətillərini ikiqat ucuz qiymətə başa gətirirdisə, hazırda qiymətlər Tiflisdən də bahadır.
Quşadasında bir həftəlik istirahət 378, Bodrumda isə 377 dollardan başlayır. Lakin bu qiymətə yalnız 3 ulduzlu otel tapmaq mümkündür. Bodrumda 4 ulduzlu otel 408, 5 ulduzlu isə 418 dollaradır.
Antalyada “ASIA HOTEL KEMER” 3 ulduzlu otel 240 dollar, “LARA HADRIANUS” 4 ulduzlu otel 270 dollar,
“CLUB KONAKLI FAMILY RESORT & SPA” beş ulduzlu otel isə 333 dollaradır.
385 dollara başlayan qiymətlərlə də Antalya turları var. Misal üçün, “AKASIA RESORT” (3* 385 usd), “SUNSIDE BEACH HOTEL” (4*385$),
“CLUB KONAKLI FAMILY RESORT & SPA” (5* 446$),
“TELATIYE RESORT” (5*495$),
“CONCORDIA CELES” (5*599$),
“GHAZAL RESORT THALASSO” (5*620$),
“DOSINIA LUXURY RESORT” oteli (5* 640$),
“LARISSA PHASELIS PRINCESS RESORT” (5* 710$),
“ADORA GOLF RESORT” oteli (5*745$),
“MARTI MYRA RESORT” (5*770$),
“DAIMA BIZ” (5*775$),
“MARITIM PINE BEACH RESORT” (5*870$),
“SHERWOOD DREAMS RESORT” (5*890$),
“AKKA HOTELS ALINDA” (5*900$),
“SHERWOOD CLUB KEMER” (5*920$),
BELCONTI RESORT HOTEL 5* 980$
“PAPILLON BELVIL & HOLIDAY VILLAGE” oteli (5* 1220 usd).Beləliklə, orta azərbaycanlı ailəsinin həm ölkədaxili, həm də xaricdə istirahət imkanlarının tam məhdud olmasının real mənzərəsi budur. Bu reallığı isə biz demirik, orta aylıq əməkhaqqının məbləğı və ona adekvat olmayan turizm qiymətləri diqtə edir.
Siam.az
Tarix: 11-07-2017, 00:30