Bruqada sindromu: qəflətən ürəyiniz dayana bilər…
Qəflətən ürək dayanması son vaxtlar, xüsusən, gənclər arasında artıb. Bəzən tamamilə sağlam adamın ürəyi qəflətən dayanır. “Bruqada sindromu” deyilən bir bəla peyda olub.Axar.az xəbər verir ki, bu sözləri tanınmış həkim Vaqif Qarayev qeyd edib. O bildirib ki, bəzən EKQ müayinəsi zamanı insanın ölümün bir addımlığında olduğu üzə çıxır:
“Amma həmişə belə olmur. Əksər hallarda insanlar ölümə qədər ürək-qan damar sistemində problemlər yaşayır. Ürəyin qəflətən dayanması jurnalistə, həkimə, pinəçiyə baxmır. Vaxtında müdaxilə olunmasa, qəflətən dayanacaq.
Zərərli vərdişlər, artıq çəki, arterial təzyiqin yüksək olması, diabet, hipodinamiya (hərəkətsizlik) və s. risk faktorlarıdır. Vaxtaşırı bəzi müayinələrdən keçmək lazımdır. “Vaxtım, pulum yoxdur” deyənlər hər gün kafe-restoranlardan şəkil paylaşırlar. Nuş olsun, amma ildə bir dəfə də olsa, kardioloqunuza müraciət edin”.
Qeyd edək ki, ötən gün tanınmış jurnalist Nicat Məlikov 39 yaşında infarktdan dünyasını dəyişib.
Tarix: 24-01-2018, 21:36