Son 26 ildə əlillərin hüquqları haqqında qanun qəbul edilməyib

Son 26 ildə əlillərin hüquqları haqqında qanun qəbul edilməyib
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirə zamanı fikir ayrlığı yaranıb.

Komitə üzvü Musa Quliyev deyib ki, çərçivə qanununu dağıdıb əlillərin hüquqları ilə bağlı deklorativ qanun yaratmağa ehtiyac yox idi: “Hazırda tətbiq olunan qanun daha praktik, konkret olaraq, əlilin sosial müdafiəsində duran qanundur. Yeni hazırlanan isə Avropa qanunlarının təcrübəsin, Avropadakı əlillərin tələblərinə uyğun olaraq hazırlanıb. Hazırkı qanunda əlilin sosial müdafiəsi ilə bağlı elə müddəalar var ki, yeni qanuna salınmalıdır. Azərbaycanda 600 mindən çox əlil var. Bu ailələrin problemi birbaşa dövlətin üzərindədir. Əlillər üçün maliyyə yükü olmayacaqsa, bu qanun nəyə lazımdır ki?”

Qeyd edək ki, hazırda tətbiq olunan qanun 1992-ci ildə hazırlanıb. (report)
Tarix: 25-01-2018, 21:31
Xəbəri paylaş





Xəbər lenti