Sabiq sabiq baş prokuror, hüquq elmləri doktoru İlyas İsmayılov lideri olduğu Ədalət Partiyasının qurultayında Azərbaycan hökumətinin təhsil siyasətini kəskin tənqid edib; İ.İsmayılov bildirib ki, hazırki təhsil sistemi savadlı və layiqli vətəndaş yetişdirmək iqtidarında deyil.FİA.Az bildirir ki, partiya sədri dövlət ali məktəblərində ödənişli təhsilin verilməsini yolverilməz adlandırıb.
"Bir halda ki, bu universitetlər dövlət tərəfindən maliyyələşdirilir, nəyə görə burda ödənişli təhsil olmalıdır?
Qardaş Türkiyə Cümhuriyyətində bütün dövlət universitetləri ödənişsizdir. Bizdə də belə olmalıdır”.
İ.İsmayılov təhsil sistemində rüşvətin geniş yayılmasına da diqqəti yönəldib, konkret bir misal çəkib:
"Hələ Milli Məclisin üzvü olarkən Bakı Dövlət Universitetinin bir tələbəsi mənə müraciət edərək, kəsiri olduğunu bildirmiş, yenidən imtahan verməsi üçün göndəriş verilməsinə kömək etməyimi xahiş etmişdi.
Mən BDU-nun rektoru Abel Məhərrəmova zəng etdim. O, yerində olmadığından köməkçilərilə danışdım.
Məni çox hörmətlə dinləyib, rektora məruzə edəcəklərinə söz verdilər. Sonradan eşitdim ki, həmin tələbədən 800 dollar aldıqdan sonra göndəriş veriblər…”
BDU indi rüşvətlə, tələbələri təhdid edən dekanlarla, alt qrupa imtaha görə pul istənilməsi ilə, icra başçılarına, vəzifəli şəxslərə diplom satmaqla gündəmə gəlir.
A.Məhərrəmovun qurduğu sistem artıq “Təfəkkür”, “Kooperasiya”, ABU kimi bazara çevrilmiş universitetlərdən fərqlənmir.
Görünən budur ki, BDU rektoru Müşviq Atakişiyev, Elşad Abdullayev yolu getməkdədir. Hətta bir müddət əvvəl rektorun adı icra başçılarına diplom satmaqda keçirdi.
Məsələn, Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılovun “Wikipedia” səhifəsində 984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə - yəni 42 yaşında isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirməsi qeyd olunub. Amma başqa mənbələr bu diplomun saхta olduğunu iddia edib.
Üstəlik, BDU-nun həbs həyatı yaşamış müəllimləri eks-deputat Gülər Əhmədova və rüşvətə görə tutulmuş Məhəmməd İmanlı adı çəkilən ali təhsil müəssəsindən azad edilməyiblərmiş.
FİA.Az bildirir ki, başqa bir arxi-aktual fakta diqqə yetirək: 2015-ci ilin yanvar ayında Baki Dövlət Universitetinin Hüquq Fakultəsinin Orxan Novruzov adlı tələbəsi kəsirləri olması səbəbindən dövlət imtahanı vermədən hərbi xidmətə gedir.
Orxan Novruzov həmin ilin may ayında, rəsmən hərbi xidmətdə olmasına baxmayaraq, kəsirlərini verib qurtarmış olur.
Bunu necə etdiyi də möcüzəli deyil. Belə ki, o, may ayında 2 günlük məzuniyyətə gəlir, dövlət imtahanında iştirak edərək “imtahan” verib geri dönür. Nəticədə də passiv tələbəliyini bitirir və diplomunu alaraq 1 il hərbi xidmət keçirir.
Abel Məhərrəmov bu qanunsuz əməliyyatı həyata keçirmək üçün tələbənin valideyinindən əvvəlcədən 40 min manat alır. Bu məlum tələbə Şəmkirin prokuroru Novruzov Allahverdinin oğludur.
Mənzərə olduqca acınacaqlıdır və Abel Məhərrəmov BDU-nun reputasiyasını yerlə bir edib. Bir müddət əvvəl Jurnalistika fakultəsində dekan müavini Aytəkin Zeynalovanın səs yazısı yayılmışdı.
O, tələbələri Feysbukda BDU haqda yazdıqları statuslara görə hədələyirdi. Kəsəsi, A.Məhərrəmov veteran ali məktəbdə gestapo, irtica və rüşvət labirinti yaradıb.
Tarix: 29-01-2018, 22:00