"QADIN İNTİM XİDMƏTLƏ PUL QAZANIB ƏRİNİN NARKOTİK EHTİYACINI ÖDƏYİR"

"Azərbaycanda narkotik istifadəçisi olan qadınlar var, amma digər ölkələrə nisbətən azdır”.

Bu sözləri "Sherg.az”a "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Onun sözlərinə görə, qadınlar narkotikin təsiri altında mənfi əməllərə cəlb olunurlar:

"Belə fikir formalaşıb ki, narkotik istifadəçisi olan qadınların əksəriyyəti uşaq evlərində, internatlarda böyüyən qızlardır. Amma bu stereotipdən yaxa qurtarmaq lazımdır.

Uşaq evlərini, internatları bitirən gənclərin heç də hamısı assosial deyil. Sovet dönəmində internatdan qız almazdılar ki, orada böyüyüb, pozğundur, əxlaqsızdır. XXI əsrdə yaşayırıq, amma yenə bu fikirdə qalmışıq.

Elə insanlar var ki, ailə qurublar, ər və arvad hər ikisi narkotik istifadəçisidir. Bəzi hallarda isə qadınlardan narkotik almaq üçün istifadə edirlər. Qadın intim xidmət göstərir, "qazandığı” pulla ərinin, sevgilisinin narkotik ehtiyacını təmin edir.

Bir də var ki, qadın mühitə düşür, asılılıq yaranır və hansısa formada narkotik istifadəçisinə çevrilir. Narkotik istifadəçisi qadın yaxşı, ziyalı, tanınmış ailənin də qızı ola bilər, internatı, uşaq evini bitirmiş qız da. Ona görə, kateqoriyalara bölmək, internatdan, uşaq evindən çıxan qadınları bu cür münasibətlə aşağılamaq düzgün olmaz”.

Aysel Aslan
Tarix: 9-02-2018, 15:16
Xəbəri paylaş





Xəbər lenti