Qarın piylərinizi ən asan belə əridə bilərsiniz
Metabolizmanın sürətli işləməsinə kömək edən qidalar.
Metabolizmanın sürətini artırmaqla ən təbii yolla çəki azalmasına sahib ola bilərsiniz.
Metabolizmanı hansı qidalar sürətləndirir?Metbuat.az olaraq həmin qidaları sizlərə araşdırmışıq.
Yulaf:Yulaf yarması lif baxımından zəngin olduğu üçün karbohidrat qaynağı sayılır. İnsanı tox tutur. Daha çox səhər və günortadan sonra ara vaxtı yeyilir.
Qatıq:Yağsız qatıq tərkibindəki protein, vitamin, aminoasit mineralları ilə zəngin olduğu üçün piyləri əritmə gücünə malikdir.
Acı bibər:Acı bibər də bədəndəki piylərin yanmasına kömək edir və insanı tox tutur. Acı bibər metabolizmanı sürətlənmsini 3 saat ərzində 2 qat artırır.
Brokoli:Diet edənlərin əvəz olunmaz qidası brokolidir. Tərkibi A,C vitamini, fol turşusu, kalsium və liflərlə zəngindir. Əvəzolunmaz qidanı həftədə 2-3 dəfə yeyilməsi məsləhətdir.
Ananas:Ananas meyvəsinin kalori miqdarı olduqca azdır və çəki atmaqda rolu böyükdür. Ananas şirəsi yağların əriməsinə və şlakların təmizlənməsinə kömək edir.
Yumurta:Yumurta yağ yanmasında və insanı tox tutmaqda kömək edir. Tərkibi A,B,D, E vitaminləri ilə zəngindir. Hər gün 1 ədəd yeyilməsi məsləhətdir.
Qoz:Omeqa 3 baxımından olduqca zəngin olan qoz çəki atmaq üçün də köməkçidir. İnsana toxluq hissi verir və təbii yağ olduğu üçün orqanizmdə piyə çevirilmir.
Zəncəfil:Zəncəfil xüsusilə əsəb sistemini normada saxlanılmasını təmin edir. Eyni zamanda yağların əriməsində və metabolizmanın yaxşı işləməsində effektli təsirləri ilə seçilir. Zəncəfil şorbalarda və dəmləmə kimi istifadə edilir.
Tarix: 12-02-2018, 15:07