"Oksigen" klinikası ilə bağlı ittihamlar: Vergidən yayınma və dilimizə hörmətsizlik
"Oksigen” klinikasında vergidən yayınma və Azərbaycan dili ilə bağlı Konstutisiyanın tələblərinin pozulması halları var.
Bu barədə klinikanın pasiyentləri məlumat verib."Klinikada Ultra Səs Müayinəsi – USM (UZİ) müayinəsinin cavabları ancaq rus dilində təqdim olunur. Cavabları Azərbaycan dilində tələb edən olduqda isə "Bir gün gözləməlisiniz, tərcümə olunmalıdır” deyilir. Məgər bura Rusiyadır ki, klinikada pasiyentlərə cavablar rus dilində təqdim olunur?”- deyə pasiyent bildirir.
USM müayinəsinin cavablarının rus dilində təqdim olunması USM həkimi İqor Sokolenkonun milliyyətcə rus olması ilə əlaqədardır. Görünən odur ki, bir həkimin Azərbaycan dilini bilməməsi və öyrənmək istəməməsi çox sayda vətəndaşa problem yaradır.
"Oksigen” klinikasında vergidən yayınma halları ilə bağlı isə pasiyentlər bildirirlər ki, klinikada vətəndaşlara təqdim edilən ödəmə qəbzlərinə VÖEN hesabı qeyd olunmur. Vətəndaşlara pulun ödənilməsi qarşılığında hesab faktura deyil, sadəcə kompüterdə hazırlanan və heç bir hüquqi əsası olmayan kağız parçası verilir. Bu da klinikada vergidən yayınma hallarının olmasına əsaslı şübhələr yaradır.
Klinikanın vergi yoxlamasından çəkinməyərək bu cür arxayın fəaliyyət göstərməsinə gəlincə, 24saat.org-a daxil olan məlumata görə, klinikanın sahibi olan keçmiş deputat, "Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin oğlu Samir Vəliyev vergilər naziri Mikayıl Cabbarovla dostdur. "Mikayıl Cabbarov hələ təhsil nazir olanda Samir Vəliyevi Təhsil Nazirliyində yüksək vəzifəyə təyin edib. Əhməd Vəliyevin oğlu indi də həmin vəzifədə – akkreditasiya və nostrifikasiya idarəsinin rəis müavini postunda çalışır” – deyə mənbə bildirir. (Az24saat.org)
Tarix: 14-02-2018, 21:40