Özəl klinikaların "özəl" təcili yardım qiymətləri: 50-150 manatın varsa, zəng elə...


Dövlət xəstəxanalarının 103 xidməti pulsuzdur. Lakin özəl xəstəxanalrda bu qiymət kifayət qədər yüksəkdir.

Özəl xəstəxanaların təcili tibbi yardım xidmətləri neçəyədir?


Özəl xəstəxanalardakı qiyməti öyrənmək üçün kiçik bir soğru keçirdik. Ünvan olaraq, Yeni Günəşli qəsəbəsini deyərək qiymətləri soruşduq.

“Baku Medical Plaza”dan bildirilib ki, xəstənin transferi 150 manatdır ki, bura həkim müşayiəti də daxildir.

“Modern Hospital”dan isə bildirilib ki, ünvana görə qiymətlər dəyişilir. 1 saatlıq evdə həkim xidmətinin qiyməti 100 manatdır. Bundan əlavə, xəstənin xəstəxanaya aparılması üçün 60, geri göndərilməsi üçün də 60 manat ödəniş tələb olunur. Məsələn, göstərilən xidmətə görə xəstənin "Grand Hospital"a aparılması üçün qiymətlər bir qədər də yüksək olaraq 80-100 manat arasında dəyişilir.

“Grand Hospital”dan isə bildirilib ki, evdə həkim xidməti 50 manatdır. Xəstənin xəstəxanaya yerləşdirilməsi üçün də qiymət 50 manat olaraq müəyyənləşdirilib.(Cebhe.info)
Tarix: 21-02-2018, 23:04
Xəbəri paylaş





Xəbər lenti