Buraxılış imtahanlarında biabırçılıqlar bu dəfə də davam etdi

Buraxılış imtahanlarında biabırçılıqlar bu dəfə də davam etdi
IX sinif üzrə buraxılış imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi orta məktəblərin IX sinif üzrə buraxılış imtahanının birinci mərhələsini keçirib. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov sosial şəbəkədə bugünkü imtahana münasibətini belə bildirib:

“Bu gün DİM orta məktəblərin IX sinif üzrə buraxılış imtahanının birinci mərhələsini keçirdi. İmtahanın təşkil olunması yaxşı idi.
Amma imtahandan çıxan şagirdlərin yadında qalan test tapşırıqları əsasında deyə bilərəm ki, DİM-in IX siniflər üçün riyaziyyat fənnindən təqdim etdiyi suallar çox çətin idi.
Azərbaycan dilindən verilən suallar çox sadə və asan, riyaziyyatdan isə şagirdin minimum yox, maksimum biliyi yoxlanılıb. Keçən il ilk dəfə olaraq keçirilən yeni model buraxılış imtahanlarının nəticələri bərbad olmuşdu, düşünürdüm ki, bu il düzələr. Olmadı. Təqdim olunmuş suallar DİM – in bir neçə gün əvvəl “Abituriyent” jurnalının IX siniflər üçün çap edib satışa çıxardığı xüsusi buraxılışından fərqli idi. Daha çox sual Həndəsədən düşmüşdü. Halbuki, bu tədris proqramında geniş yer tutmur və ondan bu qədər çox sual salmağa ehtiyac yoxdur. Artıq IX sinif şagirdlərinin valideynləri övladlarını ali təhsilə yox, IX sinifdən çıxarıb kollecə yönəltmək və ya ümumiyyətlə, təhsildən uzaqlaşdırmaq istəyirlər.
Buraxılış imtahanlarında iştirakçıların minimum bilikləri yoxlanılır, maksimum bilikləri yox.
Gün ərzində qəbul edib söhbət etdiyim şagirdlərin cavablarına görə deyə bilərəm ki, bugünkü riyaziyyat fənninin nəticələri keçən ildən də bərbaddır.”
Tarix: 4-03-2018, 23:38
Xəbəri paylaş





Xəbər lenti