”Əhalinin sosial problemlərinin həllinə diqqət yetirmək lazımdır” - ƏLİ MƏSİMLİ







2017-ci ildə Azərbaycanda bank sahəsində ciddi geriləmə baş verib.
Moderator.az xəbər verir ki,  bunu deputat Əli Məsimli Milli Məclisdə hökumətin hesabatı zamanı deyib.
 Onun sözlərinə görə, bank sahəsində sağlamlaşdırma həyata keçirmədən qeyri-neft sektorunu inkişaf etdirmək mümkün olmayacaq. “Ona görə də  bu sahəyə diqqət yetirmək lazımdır. Hesab edirəm ki, sağlamlaşdırma təkcə beynəlxalq bankla yekunlaşmamalı. Bütün banklara şamil edilməlidir”- deyə, deputata bildirib.
 O əlavə edib ki, bankların yüksəkfaizli kreditlərdən imtinası yolu seçilməlidir. O eyni zamanda problemli kreditlərin həlli məsələsinə toxuanaraq deyib ki, problemli kreditləri həll etmədən bankları sağlamlaşdırmaq mümkün olmayacaq: “Təklif edirəm ki, bu məslədə  kreditlərlə bağlı problemin bir qismini hökumət, bir qismini  banklar və  bir qismini də müştərilər öz üzərlərinə götüerməklə həll edilməlidir. Bu ən optimal həll yoludur”.
Deputat  eyni zamanda  əhalinin sosial problemlərinin həllinə diqqət yetirilməli və infilayasının nəzərdə tutulduğu 6 faizdən yuxarı olmaması üçün müvafiq addımlar atılmalıdır.
Tarix: 16-03-2018, 13:36
Xəbəri paylaş





Xəbər lenti