Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti
Mehriban xanım Əliyevə
Açıq Məktub
Cənab Prezident və hörmətli Mehriban xanım,
Qarşıdan 11 aprel 2018-ci ilə təyin olunan növbədənkənar prezident seçkiləri gəlir. Heç şübhəsiz ki, xalqımız həmişə olduğu kimi Sizə səs verəcək. Biz əminik bu seçim Dövlətimizin inkişafına və xalqımızın rifahının yaxşılaşmasına rəvac verəcək. Ancaq dövlət qurumlarında vəzifə tutmağa nail olmuş bəzi müxalif yönümlü insanlar dövlətin və xalqın əleyhinə əməli işlər görürlər. Bu insanlardan biri də, Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat Rəhbəri Əjdər Cəbiyevdir. O,ictimaiyyət arasında kasıb xalqın qarabasanına çevrilən bir korrupsioner məmur obrazıformalaşdırıb. Bu müraciəti etməyimin əsas səbəbi qədirbilən xalqıma olan sevgimdən, dövlətimə olan məhəbbətimdən və Sizə olan rəğbətimdəndir.Siz dəfələrlə demisiniz ki, ölkədə olan neqativ hallar və məmur özbaşınalıqları barədə Sizə siqnallar verək. Mən Sizin bu sözünüzdə ki, səmimiyyətə inanıram və elə buna görə də, Əjdər Cəbiyevin kirli və cinayətkar fəaliyyətləri barədə Sizi məlumatlandırmaq istəyirəm. Ölkənin pensiyaçıları və aztəminatlı vətəndaşları2000-ci illərdən bu yana Səlim Müslümovun bağışlanmaz günahının əziyyətini çəkir.
Mən Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümov haqqında qarayaxma məlumatlar yazmaq istəmirəm. Həmin təyinat Sizə məxsusdur və biz nazir S.Müslümovun Sizə olan sədaqətinə şübhə etmirik. Hətta onun dövlət sosial müdafiə sisteminin modernləşdirməsi və nazirlikdə şəffaflıq mühitinin yaradılması cəhdlərini alqışlayırıq. Lakin,onun Əjdər Cəbiyev adlı günahı Prezidentə, dövlətə və xalqa xəyanətdir. Onun uzun illər əvvəl Ə.Cəbiyevi vəzifəyə gətirməsi bəlkə də, həyatının ən bağışlanmaz səhvidir.
Əjdər Cəbiyev 10 illik boyu ola bilsin ki, Səlim Müslümova müəyyən ölçüdə pul qazandırıb. Lakin, onun bütün fəaliyyətlərini xalqın və dövlətin gözündən salır. Cəmiyyət içində nüfuzuna xələl gətirir və onu əhali arasında korrupsioner nazir kimi tanınmasına səbəb olur. Bu Səlim Müslümovun öz səhvidir və heç şübhəsiz ki, bu əməlləri ilə bir gün Sizin qəzəbinizə gələcək. Ancaq bir yarıtmaz və qeyri-səmimi insana görə Sizin etimadınızı qazananbir nazirin belə səhvə yol verməsi və həmin səhvini inadkarlıqla davam etdirməsi çox gülməlidir. Əjdər Cəbiyev ola bilsin ki,rüşvətxorluq və korrupsiyasahələrində əjdər ola. Ancaq o, heç vaxt dövlətinə və dövlətçiliyə sədaqətli bir məmur və əjdər ürəkli bir vətəndaş olmayacaq. O, Səlim Müslümovun səhvindən vəxalqın boğazına sardığı bəladan başqa heç bir şey deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün kirli işlərinin arxasından Əjdər Cəbiyev çıxır. O, korrupsioner kadr siyasəti aparmaqla nazirlikdə rüşvəti dərinləşdirir, xalqın qanınını öz qaniçənlərinə zəli kimi əmdirir və xalqın dövlətinə olan inamını sarsıdır.
Bizim xalq qədirbilən xalqdır. Biz Sizi sevirik! Bilirik ki, Sizdə xalqınızı sevirsiniz. Mən hesab edirəm ki, Əjdər Cəbiyevin aztəminatlı əhalinin qanını əmməsinə biganə qalınmasıSizin xalq arasında olan bu sevgiyə xəyanətdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bir neçə dəfə Əjdər Cəbiyev və onun yaxın qohumların rüşvətxorluğu və korrupsiya faktları barədə araşdırma aparıb. Lakin, onlarında tamahı Sizə olan məhəbbətdən güclü olub. Onlar da, Sizə xəyanət edəni bağışlayıb və kasıb xalqa zülm edənə dəsdək olublar.
Əjdər Cəbiyevin qardaşı Şahalı Cəbiyevin DSMF-nin Suraxanı rayon şöbəsindəki maliyyə cinayətləri, korrupsioner fəaliyyəti hal-hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır. Faktlar görməməzlikdən gəlinir və sübutlar gizlədilir. Tam bir biganəlik səlnaməsi yazılır. 2015-ci ildə Əjdər Cəbiyevin əlillik sərgüzəştləri həmin idarə tərəfindən aşkarlanmışdı. Lakin, yenə tamah güc gəldi və məsələ ört basdır edildi. Həmin il aprelin 8-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları 30 saylı TSEK sədri Xoşbəx Ağayeva həbs edilmişdi. Cəlilabad rayonunda növbəti komissiya baxışı keçirilərkən həbs olunan X.Ağayeva aldığı rüşvətlə özünü və onun nazirlikdəki adamı Əjdər Cəbiyevi xoşbəxt edirdi. Axtarış zamanı TSEK sədrinin üzərindən rüşvət kimi alınmış 6 min manat nağd pul götürülmüşdü. TSEK-nin rəhbərinin evindən isə Əjdərin olası 230 min manat rüşvət pulları ələ keçdi. Lakin, həmin pullar Əjdərin olası olmadı. Amma Prokurorluq orqanlarında günahını yumağa və məsələni ört basdır etməyə kifayət etdi.
Uzun illərdirSəlim Müslümova nəzarət edənlərin qoynunda mürgüləyən Əjdər Cəbiyevə vəzifə verənlər və onun cinayət əməllərini ört basdır edənlər bilməlidirlər ki, onlar bu əməlləri ilə Prezidentə və xalqa xəyanət edirlər.
Bu gün sinəsində Heydər Əliyev imzası daşıyan Heydər Əliyev imzası daşıyan Əjdər Cəbiyevin sinənin altında müxalifətçi ürəyinin döyündüyünü onu yaxından tanıyanlar yaxşı bilir.
Prezidentimiz bu günlərdə sosial sahəyə 15 milyon manat vəsait ayırdı. Nazir Səlim Müslümovun sevinclə xalqı müjdələdiyi bu məlumat xalqdan daha çox Əjdər Cəbiyevi və onun əli xalqın cibindən çıxmayan rüşvətxor komandasını sevindirir. Onlar həsrətlə talana başlayacaqları zamanı gözləyirlər.
Necə olur ki, bir ölkə də, Prezident xalqı incidən məmurları işdən azad edir, Səlim Müslümov isə xalqın qorxulu yuxusuna çevrilən Əjdər Olun əlində oyuncaq olur? Necə olur ki, Akif Çovdarov həbs olunur, Əjdər Cəbiyev ondan daha qatı cinayətkar olduğu halda azad şəkildə azadlıq radisosunda şeirlər oxuyur? Necə olur ki, Mehriban xanım Əliyeva əlilin, yetimin,kimsəsizin və şəhid ailələrinin üzündən öpür və həmin üzə Əjdər Cəbiyev tüpürür? Necə olur?…
Mən Azərbaycan Respublikasının Baş Prokurorundan və nazir Səlim Müslümovdan xahiş edirəm ki, Əjdər Cəbiyevin fəaliyyəti aşağıda qeyd olunan istiqamətlər üzrə yoxlanılsın və onun əməlinə hüquqi qiymət verilsin.
Hörmətli Prezidentimiz və dəyərli Mehriban xanım bu müraciəti açıq məktub olaraq həm Sizə, həm də yuxarı dövlət orqanların rəhbərlərinə ünvanlayıram. məktubla və elektron müraciət etməklə, Mətbuat və Kütləvi İnformasiya Vasitələrinin köməkliyi ilə müraciətimi diqqətinizə çatdıracağıma ümid edirəm. Güman edirəm ki, bu müraciətimi Sizinlə bərabər oxuyub tanış olan hər kəs öz üstünə düşəni edəcək. Sadəcə google.az internet axtarış sisteminə Əjdər Cəbiyev yazdıqda o qədər kirli əməllərə şahid olunur ki, bu qədər neqativ hallar barədə siqnallar sizə necə çatdırılmır təəccüb doğurur. Ancaq, bir dənə də olsun onun bu əməllərinə hüququ qiymət verilməsi barədə məlumat tapılmır.
Hörmətlə Azər Hacıyev