Hökumət sosial mənzillərin satışına başlasa da, bu layihə gözləntiləri doğrultmadı
FİA.Az-ın İqtisadiyyat Şöbəsinin məlumatına görə, minlərlə gənc və aztəminatlı ailələrin ümidləri dəfn olundu.
İllərlə kirayələrdə yaşayan, gözünü bu layihəyə dikən ailələr ümid edirdilər ki, hökumət sərfəli şərtlərlə onlara sosial evlər təklif edəcək.
Ancaq bu ideya da sosial ipotekalar kimi fıs çıxdı və yüzlərlə ailənin ümidlərini puç elədi. Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayıb.
İqtisadçı Qadir İbrahimli bildirib ki, dünyanın heç yerində sosial mənzillər satışa çıxarılmır:
“Sosial mənzillər adətən bələdiyyə mülkiyyətində olur, yoxsul insanlara güzəştli şərtlərlə qısamüddətli və ya uzunmüddətli (ailənin durumundan asılı olaraq) kirayə verilir.
Kirayə qiyməti də simvolik məbləğlər olur. Məsələn, 5-10 dollar, bu da binanın xidmət xərclərini qarşılamaq üçündür. Əksər yerlərdə binanın xidmət xərclərini belə bələdiyyələr özləri qarşılayırlar.
Çünki sosial binalara ödəmək qabiliyyəti olmayan zümrə yerləşdirilir, onlardan gəlir əldə etmək barədə düşünmək bəşəri baxımdan ant-insani, dini baxımdan günahdır”.
Ekspertin fikrincə, Azərbaycanda sosial evlərin tikintisini və idarəolunmasını bələdiyyələr yox, mərkəzi icra hakimiyyəti öz üzərinə götürüb: “
Bununla da artıq sosial mənzildə yaşamaq hüququnu itirirlər və mənzil təhvil verilir. Təbii ki, növbəti yoxsul ailə gəlib həmin mənzildə yaşamaq hüququ əldə edir.
Mənzil İnşaatı Dövlət Agentliyinin şərtləri nəinki yoxsulların, hətta kasıblar üçün belə sosial mənzilləri əlçatmaz edir. Satışa çıxarılan 260 mənzilin qiyməti belə müəyyən edilib:
1 otaqlı mənzillərin qiyməti - 29 925 manatdan,
2 otaqlı mənzillərin qiyməti - 47 282 manatdan,
3 otaqlı mənzillərin qiyməti - 65 626 manatdan başlayır.
Bir otaqlı üçün aylıq ödəniş 129 -136, ikiotaqlı üçün 203-236, üçotaqlı üçün 282-288 manatdır.
FİA.Az sadə hesablama yolu ilə bəlli olur ki, bu məbləğlər ödəmək üçün böyük rəsmi gəlirlər olmalıdır.
Məsələn, tutaq ki, orta statistik ailə (ər-arvad+2azyaşlı uşaq) 1 otaqlı sosial mənzil almaq üçün müraciət edib.
Deməli, 1 otaqlı ev almaq üçün onların gəlirləri 803 manatdan az olmamalıdır (ər və arvadın minimum yaşayış xərci 366 AZN + 2 uşağın yaşayış xərci 308 AZN+ aylıq ödəniş 129 AZN = 803 AZN).
Sosial binalardan 3 otaqlı mənzil almaq üçünsə deputat maaşına yaxın bir məbləğ tələb edilir - ər və arvadın minimum yaşayış xərci 366 AZN + 2 uşağın yaşayış xərci 308 AZN+ aylıq ödəniş 288 AZN = 962 AZN (deputatların maaşı 1350 manatdır, müavinətləri saymasaq).
Agentlik bəyan edib ki, sosial mənzilin 1 kavadrat metri 950 manata vətəndaşlara təklif edilir. Maya dəyəri 300-350 manata başa gələn mənzillər niyə 950 manata təklif edilir?
Agentlik hətta nağd alana 10 faiz endirim də edir. Çox sadə bir sual isə cavabsız qalır – nağd şəkildə 30-65 min manat pulu olan niyə yoxsul sayılmalıdır? Camaatla Birdəfəlik deyin ki, mənzil alveri ilə məşğulluq, vəssalam”.
Bir çoxlarının ümidlə gözlədiyi sosial evlərin satış şərtləri cəmiyyətdə birmənalı qarşılanmayıb.
Şərtlərin ipotekadan fərqlənmədiyini deyənlər aztəminatlı ailələrin layihədən yararlana bilməyəcəyindən narahatdırlar.
İqtisadçı Nazim Bəydəmirli ciddi araşdırma mövzusu olduğunu vurğulayaraq, sosial evlər adı altında bir biznes layihəsinin ortaya gətirilməsində sabotaj cəhdinin olduğunu istisna etməyib:
“Mən belə dərinə getmək istəməzdim. Ancaq bu məsələ araşdırılarsa, sosial mənzillərin tikintisini sifariş və icra edənlərin qohumluq-qardaşlıq bağları yəqin ki, üzə çıxacaq.
Təəssüf ki, Azərbaycanda kimin əli dövlət resurslarına çatırsa, özü, qohum-əqrəbası və ya dostları üçün kommersiya obyektləri açırlar.
Bu da ümumi şəkildə ölkədə mövcud olan inhisarçılıqdan, müxtəlif vəzifələrə kimlərinsə patronajlığı ilə həyata keçirilən təyinatlardan, o cümlədən ictimai nəzarətin olmamasından qaynaqlanır.
Burada sabotaj çox böyük sözdür, ona toxunmaq istəməzdim. Biznesdən az-çox məlumatı olanlar bilirlər ki, Bakıda tikintinin bir kvadrat metrinin maya dəyəri 300-400 manat civarındadır.
Bu layihələrə yatırılmış vəsaitlərin hər hansı bir ciddi gəlir gətirəcəyinə ciddi şübhələrim var.
O baxımdan hökumətə tövsiyəm normal ipoteka şərtləri ilə mənzil sahibləri olmaq istəyən vətəndaşlarımızın sayının çox olmasını nəzərə alıb bu sahədə ciddi islahatlar aparılsın, ucuz uzunmüddətli vəsaitlərə çıxışı asanlaşdırsın, inhisarçılıq aradan qaldırılsın, tikintiyə lisenziya və icazələrin verilməsi prosedurları daha da şəffaflaşdırılsın.
O zaman normal ipoteka rəqabət şəraitində özü bazarda formalaşacaq və heç bir dövlət resurslarına da ehtiyac yaranmayacaq”.