Kompüterinizin sürəti bu səbəblərə görə azalır və sıradan çıxır – Ehtiyatlı olun







Kompüterimizin sürətinin zəifləyərək əsəb sistemimizi sıradan çıxarması halları azalsa da, təmamilə yoxa çıxmayıb. Bəzən kompüterlərimizdəki problemə səbəb özümüz oluruq. Necə?

Moderator.az təqdim etdiyi yazıda bu sualın bir neçə cavabını verəcək:
 
1.Həddən artıq proqram yükləməklə

Bir çox istifadəçi, yeni aldığı kompüterinə mümkün qədər çox proqram yükləyir. Əlbəttə, proqramı yükləməkdə heç bir problem yoxdur, ancaq arxa platformada çalışan proqram bilgisayarınızın iş mexanizmini tükədə bilər.

2. Heç yenidən başlatmamaq (“restart”)

Bəzi istifadəçilər kompüteri gün ərzində heç söndürmədən istifadə edirlər. Tez –tez kompüterdə işlədikləri üçün zaman itirmək istəmirlər. Lakin, kompüteri  çox nadir hallarda, yenidən başladanda o zəifləməyə doğru gedir. Nəticədə əmrləri ləng yerinə yetirir.
Yatağa girməzdən əvvəl hər gün kompüterinizi bağlamanızı məsləhət görürük. Beləliklə,həm komputer sürətli işləyəcək,həm də elektrik puluna qənaət olunacaq.
 
3. Virusların yüklənməsi

Kompüterinizə daxil olan virus, onun ləng işləməsinə səbəb olan birnömrəli səbəbdir. Bu cür viruslar pulsuz yüklənən proqramlarda daha çox olur. İnternetdən hər hansı proqramı yükləməzdən əvvəl digər istifadəçilərin onun haqqında yazdığı rəylərə diqqət edin.


4. Kompüteri mütəmadi yoxlamaq
Sərt disklərin müəyyən bir ömrü var və zaman keçdikcə “xarab sektorlar”əmələ gətirir. Disklərinizi xarab sektorlardan mühafizə üçün Windows-da chkdsk darayıcısından istifadə edə bilərsiniz.  
Tarix: 15-04-2018, 11:06
Xəbəri paylaş





Xəbər lenti