Aqressiv qida: həyat enerjisindən məhrum yeməklər – Niyə ev yeməyi bizə dadsız gəlir?

Son on iilərdir  ki, bəşəriyyət qlobal problemlə ilə üzləşib və mübarizə aparır: aqressiv qida
Qida insan üçün enerji mənbəyidir. İnsan yaşamaq üçün yeyir. Qəbul edilən qida günəş enerjisi, vitamin, makro və mikronutriyentlərlə zəngin olmalıdır ki, hər bir hüceyrə kifayət qədər qidalı maddə alıb, normal fəaliyyət göstərsin, əks təqdirdə hüceyrə tədricən məhv olacaq və bu proses bütün orqanizm səviyyəsində getdiyindən zamanla müxtəlif xəstəliklərə səbəb olur.

Aqressiv qidanın yaranması və yayılmasına təkanverici faktorlardan biri insanın daha dadlı, cəzbedici qidaya üstünlük verməsi, digər amil yer üzündə əhalinin artmasıdır. Bu səbəblər işbazları yeni qida mənbələrinin axtarışına təhrik edir. Keyfiyyətsiz məhsullardan ucuz alınan qidalar vətəndaşların ərzaq səbətinin az qala 70% ni zəbt edib. Nəzərə alsaq ki, indi təbii sayılan məhsulların da heç də hamısı faydalı deyil, bu gün qidanın hansı fəsadlar törətdiyini ehtimal etmək çətin deyil.
Milli.Az medicina.az-a istinadən dietoloq-nutrisioloq Amaliya Rəhimovanın aqressiv qidanın yaratdığı fəsadlar barədə fikirlərini təqdim edir:
" Aqressiv qidalar çoxpilləli emal sobasından keçdiyindən həyat enerjisindən məhrumdur. Bu qida növləri ucuz və zərərli xammaldan hazırlandığından onların tərkibinə insan orqanizminə yad və toksiki təsir göstərən maddələr əlavə olunur.
Hazırda əsas toksin mənbələrindən biri - tullantı qida və içkilərin qablaşdırıldığı plastik taradır. Plastikin tərkibində olan ftalatlar və bisfenol endokrin, sinir, reproduktiv, immun sisteminə mənfi təsir edərək, şəkərli diabet, ürək-damar, onkoloji xəstəliklərə yol açır. Bisfenol strukturuna görə qadın cinsi hormonun sintetik analoqudur. Bu maddə hətta körpələri qidalandıran plastik butulların tərkibində var.
Daim su və qidaya sızaraq aşağıdakı problemləri yarada bilir:
-Süd vəz və prostat xərçəngi
-Erkən cinsi yetişkənlik
-Sonsuzluq
-Piylənmə
-Diabet
-Hiperaktivlik
-Immun pozuntular
Avropada artıq istehsalçılar uşaq yeməyi üçün istifadə olunan qabların istehsalında plastikdən imtina edirlər.
Aqressiv qidalar sırasına transyağlar da daxildir. Sintetik yolla alınmış bu yağ gündəlik istifadə edilən ərzaqlara daxil olunub: marqarinlər, rafinə olunmuş bitki yağları, un məmulatları, şirniyyatlar, ketçup, mayonez, fast food, çipsi və s.
Transyağlar yuxarı və aşağı sıxlıqlı lipoproteinlərin mütənasivliyini dəyişərək ürək-damar xəstəlikləri, hormonal pozğunluqlar yaradır.
Bütün ərzaq məhsullarına sirayət etmiş toksinlər olan kimyəvi qida əlavələrinə rəngvericilər, konservantlar, qatılaşdırıcılar, dad gücləndirici, şirinləşdiricilər və s. aiddir.
Bu maddələrin çoxu asılılıq yaradaraq, leqal narkotik adlandırılıb: məhz o maddələrdir ki, uşaqları asi su və çay əvəzinə şirin və rəngli içkilərə, ev yeməyi əvəzinə sosis-kolbasa-dönərə, təbii şirniyyatlardansa keks-konfet və pirojnalara meyilləndirir. Belə qidalanan uşaq orqanizmi öz ünürji resursları hesabına böyüsə də, sağlam olmur. Geniş yayılmış uşaq aqressiyası, hiperaktivlik, allergiyalar birmənalı olaraq qida ilə bağlıdır.
Çox yayılmış qida əlavəsindən biri də E-621 olan natrium-qlutamatdır. Süni qlutamat diz üzərindəki dad reseptorlarını atrofiyaya uğradaraq, təbii dadın qəbulunu və beyinə ötürülməsini blok edir və artıq qlutamatsız qida insana dadsız, ətirsiz gəlir. Ona görə uşaq və yeniyetmələr ev yeməyini könülsüz yeyir, hazır, qablaşmış yeməklərə can atir. Ərzaq məhsulunun tərkibində qlutanatın çox olması sinir sistemini qıcıqlandıraraq hiperaktivlik yaradır, hormonal balansl pozur, piylənmə, allergik reaksiya, DNTdə pozulmalara səbəb olur. MArketlərdə satılan və gündəlik istifadə olunan məhsullar sırasında əlavəsiz ərzaq yoxdur, belə qidalardan müntəzəm istifadə etmək səhhətiniz üçün ağır fəsadlar yaradacaq. Bu ərzaqların hamısının təbii alternativləri var, sadəcə bir az əziyyətə qatlaşıb qidaları düzgün seçmək lazımdır".
Tarix: 15-04-2018, 23:59
Xəbəri paylaş





Xəbər lenti