Həm əfv, həm amnistiya: Minlərlə insanı sevindirəcək 2 qərar: - NƏ VAXT VERİLƏCƏK?


Həm əfv, həm amnistiya: Minlərlə insanı sevindirəcək 2 qərar:
“Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası yekunlaşmayıb. Bir neçə iclas olub. Yəqin ki, yaxın zamanlarda işə davam edəcəyik”.

Bunu Cebhe.info-ya açıqlamasında komissiya üzvü Mehdi Mehdiyev deyib.

O bildirib ki, daxil olan müraciətlərə tam baxılana qədər komissiyasının iclasları davam edəcək. Əfv fərmanının hansı ərəfədə verilməsinə gəlincə, komissiya üzvü ehtimal edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə qədər proses başa çata bilər: “Vaxtın uzanması işlərin ağırlığı və daxil olan müraciətlərin sayından asılıdır. Elə müraciətlər var ki, onun cinayət işinin tərkibi azdır və nisbətən asan baxılır. Elə müraciətlər də var ki, bir neçə maddə ilə təqsirli biliniblər. Belə müraciətlər müzakirə olunur, buna görə də çox vaxt aparır”.

Mehdi Mehdiyevin sözlərinə görə, komissiyaya daxil olan müraciətlərin sayı ümumilikdə mindən çoxdur: “Bütün müraciətlərə baxılır. Say demək çətindir. Çünki proses gedə-gedə də müraciət edənlər olur. Müraciətlərə baxılması başa çatdıqdan sonra siyahı ölkə başçısına təqdim ediləcək”.

Komissiya üzvü onu da qeyd edib ki, amnistiyaya Milli Məclisdə baxılır: “Amma ehtimal var ki, amnistiya aktı da imzalansın. Amnistiya elədir ki, qanunvericiliyin müəyyən maddələrinə aidiyyəti olursa, həmin maddələrlə cəza çəkənlərin hamısına şamil olunur. Amma əfv fərdi qaydada olan müraciətlər arasında baxılır”.

Qeyd edək ki, prezident sonuncu dəfə də əfv fərmanını Novruz bayramı ərəfəsində, 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. 
Tarix: 17-04-2018, 09:31
Xəbəri paylaş





Xəbər lenti