Milli mənlikmi, kişilikmi öncədir?
Mirzə AĞ«AzPolitika.info»-nun bugünkü sayında dərc olunmuş «Hitlerçi komendant Stalinin oğlunu necə «betonlayıb»» başlıqlı məqaləyə yazılmış bir oxucu şərhi diqqətimi çəkdi…Oxucu yazır:
«Tarix kişilərin kişiliyi ilə yazılıb, yazılacaq da. Dövlətin, millətin ən ağır vaxtlarında onun başında duranlar, bu fəlakətləri və problemlərin həllində yaxınlarından qurban verməzlərsə, xalq coşmaz, düşmən əzilməz. Day yox ki, Əli Həsənov kimi və Pirallahının başçısı Vasif İmanov kim məmurlar dövləti maraqları, şəxsi ambisiyalarına qurban versinlər. Bu isə dövləti cəzasızlığın əlamətidir. Bu sayaq məmurlarla siyasət yürüməz. Torpaq alınmaz, vətənpərvərlik yüksəlməz, Vətən qurtulmaz….»Maraqlıdır, deyilmi? Gerçəkdən, kişilik (ərlik) olmasa, millət ucalmaz – bu, aksiomdur. Amma «kişilik»dən öncə olanı düşünmədən, kişilikdən danışmaq «boşboğazlıq» olardı, zənnindəyəm…Bəs, kişilikdən öncə olanın adı nədir?
Onun adı milli kimlikdir – baba! Milli kimlik dərk olunmasa, «kişilik»dən dəm vurmaq «qaranlıq otaqda qara pişik axtarmaq – illah da o zaman ki, otaqda pişik olmasın- kimi bir səfehlik» olardı…
Fikrimi əsaslandırmaq üçün bir alman nümunəsinə baş vurmaq istərdim. Mabədi belədir: SSRİ dövlətinin süqut etdiyi ilk illərdə bir azərbaycanlı soydaşımız Almaniyadan maşın gətirmək üçün bu ölkədəki tanışına qonaq gedir. Birlikdə axtarıb bir maşın tapırlar – almanla razılaşıb, maşını alırlar. Alqı- satqı başa çatandan sora, soydaşımız almana deyir: Sən satdın, mən də aldım – hər şey qaydasında. Amma nəzərə al ki, mən uzaq yol gedəsiyəm. Odur ki, maşının bir gizli qüsuru varsa, KİŞİ KİMİ söylə, yerindəcə aradan qaldırım ki, sonra yolda qalmayım. Alman cavab verir: KİŞİ kimi sənə heç nə deyə bilmərəm, amma bir alman kimi deyirəm: maşının heç bir prolblemi yoxdur – arxayın ol, otur və sür getsin…
Deməli, kişi axtarmaq yolunda, öncə milli mənsubiyyətə diqqət yetirmək ehtiyacı var – təxminən belə: Mən, türk kişisiyəm!!!Buradan aydın olur ki, Azərbaycanın torpaqlarını da türk kişiləri azad edib, bu ölkəni yüksəldəcəklər!
Tarix: 17-04-2018, 23:17