Fındığın bu faydasını bilirsiz?







Fındıq ürək-damar xəstəlikləri riskini azaldır.

Moderator.az xəbər verir ki, İsveç həkimləri fındıqdan müntəzəm istifadə olunduqda ürək-damar xəstəlikləri riskinin əhəmiyyətli dərəcədə azaldığını aşkar ediblər. 

Tədqiqatlar İsveçdə  45-83 yaşda olan 60 min insan üzərində aparılıb. Könüllülər yemək vərdişləri və həyat tərzləri haqqında məlumat veriblər, bundan sonra həkimlər 17 il onların sağlamlığını müşahidə ediblər. Bu müddət ərzində müşahidə edilən insanların  4983 –də ürək pristipu baş verib, hansı ki, onlardan 917-də ölüm riski olub. 3160  nəfərdə ürək çatışmamazlığı və 7550 nəfərdə isə atrial fibrilasiya (aritmiyanın növlərindən biri) müşahidə olunub. Alimlər fındıq sevənlərdə ürək çatışmazlığı riskinin yüzdə 20 nisbətində aşağı olduğunu təsbit ediblər.  Eyni zamanda, ayda bir neçə dəfə fındıq istifadə edilərsə, ürəkdə atrial fibrilasiya 12-18% az olur. 

Həkimlər bildirirlər ki, fındığın tərkibindəki yağlar, minerallar və antioksidantlar ürək-damar sisteminin vəziyyətinə müsbət təsir göstərir və beləliklə, fındıq sağlamlıq mənbəyidir.
Tarix: 18-04-2018, 16:23
Xəbəri paylaş





Xəbər lenti