Səfirliklərin ərazisində hansı ölkənin qanunları keçərlidir...


Hüquqşünas: “Orada vətəndaşa göstərilən münasibət hər iki ölkənin qanunları, etik normalar çərçivəsində olmalıdır”

Jurnalist  Eynulla Fətullayev Bakıda İsrail səfirliyində başına gələnləri qələmə alıb. Onun sözlərinə görə, burda baş verənlər  nə diplomatik etiket çərçivəsinə, nə də elementar abır-həyaya, insan tərbiyəsinə sığmır. Jurnalist qeyd edib ki, viza almaq üçün İsrail səfirliyinə gedib, lakin orada mühafizəçilər onunla kobud danışıblar:

“Seçilmişlər”in səfirliyində qəribə macəraların uzun intizarı ilə, xeyli müddətdən bəri Azərbaycana dost ölkənin ağ-mavi bayrağının dalğalandığı Bakıdakı “Hyatt” hotelə yollanıram. Avtomobilimi park etmək istəyirəm.

“Burada avtomobil saxlamaq olmaz!”, - deyə otelin mühafizə xidmətinin əməkdaşı qəzəbli şəkildə elan edir.

“Niyə orda olar, burada isə yox”, - deyə sülhsevər şəkildə soruşuram və ilk xəbərdarlığımı da alıram:  “Bura İsrail səfirliyidir”, - deyə mühafizəçi kəlmə-kəlmə bildirdi.

“Nə olsun ki? Bax orda, yaxınlıqda, ”Baksovet"də  İran səfirliyi var? Hə, nə olsun ki?"

Mühafizəçi təkəbbürlə  gülümsəyir:

- Sən məgər İranla İsrailin fərqini bilmirsən?"

Jurnalist yazıb ki, səfirliyin içərisində də onunla kobud rəftar olunub. O, təhlükəsizlik əməkdaşının işçisi ilə arasındakı dialoqu bu cür qeyd edib:

- Əllərini cibindən çıxart - komanda verirmiş kimi mühafizəçi bağırır.

- Anlamadım, nə?

- Sən karsan?, - deyə insana bənzər rəsmiyyətçi cavab verir.

- Mən kar deyiləm. Sən isə ədəbsizsən!

- Sən kimə deyirsən?

- Sənə!

- Rədd ol burdan... Bura İsrailin ərazisidir, - deyə  bişməmiş kərpicə oxşayan şəxs deyir".

Bəs səfirliklərin səlahiyyətləri nələrdir? Oranın əməkdaşları qanuna görə beləmi davranmalıdırlar?

ÆsabÉli Mustafayev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, müvafiq dövlətlərin səfirlikləri onların ərazisi sayılır: “Həmin səfirliyin əməkdaşlarının, rəhbərliyinin icazəsi olmadan əraziyə heç kim daxil ola bilməz. Əlbəttə ki, orada girişdə qəbul otağı olur. Qəbul otağına isə hər bir şəxs yaxınlaşıb, ona lazım olan məlumatları soruşa, arayış istəyə bilər. Ona məlumat veriləcək, ya yox, bu, başqa məsələnin mövzusudur. İstənilən vətəndaş  müraciət etmək hüququna malikdir. Ona da müvafiq cavab verilməlidir. Lakin bu, həmin ölkənin və Azərbaycanın qanunları, etik normalar çərçivəsində olmalıdır. Kobudluq, söyüş söymək, təhqir etmək hər bir dövlətin qanununda qadağan olunub. Əgər doğrudan da ona elə bir münasibət olubsa, deməli bu, qanun pozuntusudur. Ən azı etik normaların pozulmasıdır. Heç kimə bu cür münasibət göstərmək olmaz. Fətullayev tərəfindən hansısa tələbin olub-olmamasından xəbərim yoxdur. Bəziləri düşünə bilərlər ki, bura Azərbaycan ərazisidir və istədiyimiz kimi içəri girə bilərik. Bu, əlbəttə ki, belə deyil. Eynulla Fətullayev də savadlı adamdır və yəqin ki, bundan məlumatlıdır. Səfirliyin ərazisi həmin dövlətin ərazisi hesab olunur. Onların da həmin ərazinin təhlükəsizliyini təmin etmək hüquqları var.  Lakin, yuxarıda da qeyd etdiyimiz kimi, icazə yoxdursa, vətəndaş müəyyən olunmuş pəncərəyə yaxınlaşıb, ərizə, sualına cavabı ala bilər”.

Hüquqşünas bildirib ki, belə vəziyyətlərdə şəxs şikayət etmək istərsə, aşağıdakı kimi davranmalıdır: “İlk növbədə Xarici İşlər Nazirliyinə bu barədə müraciət edə bilər. Əgər işdə cinayət tərkibi varsa, onu təhqir edib, döyüblərsə, o zaman Azərbaycanın hüquq-mühafizə orqanlarına da müraciət edə bilər. Çünki şəxs Azərbaycan vətəndaşıdır. Hansı ərazidə olmasına baxmayaraq, onun müdafiə olunma hüququ var”.

Əli RAİS

Tarix: 19-04-2018, 08:13
Xəbəri paylaş





Xəbər lenti