NAZİR MƏRKƏZ DİREKTORUNU İŞDƏN ÇIXARDI - Əmr imzalayıb

 Respublika Narkoloji Mərkəzinin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.
O bildirib ki, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib: “Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib”.
Qeyd edək ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.
Tarix: 19-04-2018, 20:03
Xəbəri paylaş





Xəbər lenti