Dərs ilinin vaxtı dəyişə bilər - NAZİRLİKDƏ MÜZAKİRƏ


Orta məktəblərdə tədris müddətinin vaxtına dəyişiklik edilə bilər. 

Cebhe.info-ya daxil olan məlumata görə, artıq bununla bağlı Təhsil Nazirliyinə daxil olan çoxsaylı təkliflər ətrafında müzakirələr aparılır. 

Nazirlik dərslərin sentyabrın 1-də başlayaraq, mayın 25-də bitməsi ilə bağlı təkliflərə baxır. Əsaslandırma qənaətbəxş hesab edilərsə, məsələ ilə bağlı ölkə başçısına müraciət olunacaq. 

Qeyd edək ki, dərslərin iyun ayının ortasında bitməsi ilə bağlı narazılıqlar var. Dərs günlərinin sonunda kitablar təhvil alınır, tədris proqramları yekunlaşır, amma şagirlər məktəbə getməyə məcbur olurlar.

Bu günlərdə millət vəkili Aqil Abbas da bu cür narazılıq səsləndirmişdi.

Xatirə

Tarix: 25-06-2018, 15:44
Xəbəri paylaş





Xəbər lenti