BSU-da nə baş verir? - İTTİHAM

BSU-da nə baş verir?
Nurlana Əliyeva Bakı Slavyan Universitetinə (BSU) rektoru təyin olunduqdan sonra bu ali təhsil ocağında həyata keçirdiyi “islahatlar” ictimaiyyət və universitetin müəllim və tələbələri tərəfindən narazılıqla qarşılanmaqdadır. Xatırlayırsınızsa, Nurlana Əliyevanın BSU-ya ayaq basar-basmaz universitet binasının fasadında dühalarımızın təsvirləri həkk olunmuş mozaikaları sökdürməsi cəmiyyətdə ciddi etirazlara səbəb olmuşdu. Dərslərin başlandığı zaman universitetdə əsaslı təmir işlərinin aparılmasının tələbələrin dərslərinə maneçilik törətməsi də ciddi narazılıqlara səbəb olmuşdu. Həmin əsaslı təmirdən Nurlana Əliyevanın nə qədər karlı çıxması isə tamamilə başqa söhbətdir. Bu barədə növbəti yazımızda... Bir onu deyək ki, həmin vaxt müəllimlər və tələbələr tozun-torpağın içində dərs keçirdilər. Universitetə təmiz paltarda girən adam tozun, çirkin içərisində çıxırdı.

AzToday.az-a BSU-dan daxil olan məlumata görə hazırda univeristetin müəllim və tələbələri Nurlana Əliyevanın “islahatlarından” əziyyət çəkməkdə davam edirlər.

Ən aktual məsələrdən biri isə hazırda universitetin “bufet problemi”dir. Belə ki, Kamal Abdullayevin rektor olduğu dönəmdə BSU-nun bufeti ucuz qiymətlərlə hamının üzünə açıq olub. Hətta Azərbaycanın yazıçı və şairləri belə ucuz qiymətlərə görə BSU -nun bufetinə nahar eləməyə gəlirmişlər. Lakin Nurlana Əliyeva rektor kürsüsünə oturduqdan sonra hər şey dəyişib. Təmirdən sonra “islahatlar”ı davam etdirən Nurlana xanım BSU-nun bufetini yaxın adamlarının vasitəsilə ayı 3000 manata icarəyə verib. İcarədar isə gələr-gəlməz qiymətləri kəllə-çarxa qaldırıb. Müəllim və tələbələr od tutub yanan qiymətlərdən şikayət etsələr də, onları dinləyən olmayıb. Hətta etiazçı tələbələri şərləyiblər ki, sizi Kamal Abdulla öyrədib, onun adamısınız və s.i. Amma yenə də olan müəllim və tələbələrə olub. Çünki bufetdəki qiymətlər brend restoranların qiymətlərini xatırladır.

Məsələ ilə bağlı mövqeyini öyrəmək istədiyimiz bir tələbənin cavabı isə çox ironk oldu. Adını deməyən tələbə müxbirimizə bildirib ki, Nurlana Əliyeva Kamal Abdulladan fərqli olaraq imtahanların “qiymətini” aşağı salsa da, bufetdə qiymətləri birə dörd qaldırmaqla zərərini kompensasiya edib.

AzToday.az-a məlumat verən məbə bildirib ki, bufetin real icarə qiyməti 3000 manat olsa da, sənəd də bu qiymət çox cüzi göstərilib. Yəni icarədən əldə olunan əsas məbləğ məhz rektorun cibinə gedir. Bundan başqa bufetin bütün kommunal xərcləri – işıq, su, kanalizasiya, qaz və zibil pulu BSU-nun büdcəsindən ödənilir və bununla da Nurlana Əliyevə bir daha universitetin pullarını öz mənfəəti üçün sərf edir. Alınan pul isə BSU-nun deyil, Nurlana xanımın pul kisəsinə gedir.

Məhz bu islahatların nəticəsidir ki, Nuralan xanımın oğlanları anaları rektor təyin olunduqdan sonar şəxsi avtomobillərini təzələyərək daha bahalı marka alıblar. Zaman onların zamanıdır. Bir tərəfdən YAP Qadınlar Şurasının çətiri altında “islahat” keçirən Nurlana Əiyevanın, digər tərəfdən YAP Sİyasi Şurasının adı altına səltənət quran Hadı Rəcəblnini (Nurlana xanımla Hadı müəllim qudadırlar) qılıncının dalının da qabağının da kəsməsi BSU-nun kasıb tələbələrinin başında çatlayır... Amma bu önəmli deyil. Önəmli olan Nurlana xanımın övladları komfortlu həyat tərzlərini davam etdirməsidir.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.

Mənbə: AzToday.az
 
Tarix: 3-07-2018, 15:35
Xəbəri paylaş





Xəbər lenti