“Nar” Azərbaycan dili və əlifbası müsabiqəsinin nəticələrini - Açıqladı

 

"Nar”ın 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə keçirdiyi müsabiqə sosial şəbəkə istifadəçilərinin böyük rəğbətini qazandı. 31 iyul – 2 avqust tarixləri arasında keçirilmiş müsabiqədə doğma dilini səlis bilən abunəçilər 1 GB internet bonusu qazanmaq imkanı əldə etdilər.
Şirkətdən Siam.az-a verilən məlumata görə, "Nar” abunəçiləri internet üzərindən keçirilən müsabiqədə iştirak etməkləana dili biliklərini sınamaqla yanaşı, qalib gələrək mobil operatordan internet bonusları da qazanıblar.
 "Nar”ın sosial şəbəkə hesablarında keçirilən müsabiqədə on minədək abunəçi iştirak edib. Onların böyük əksəriyyəti müsabiqədə uğurla iştirak edərək verilmiş sualları düzgün cavablandırmaqla mobil operatordan vəd edilmiş hədiyyələri qazanmağa müvəffəq olub. Ümumiyyətlə, ana dili müsabiqəsi ictimaiyyətdə böyük rezonans doğuraraq hamılıqla təqdir edilib.
Müsabiqədə iştirakçılara 20 sual təqdim olunur. 9787 internet istifadəçisindən 92-si bütün sualları doğru cavablayaraq qalib olub. Sualların kifayət qədər çətin olmasına baxmayaraq, müsabiqədə qeydə alınan orta bal 13-dür. Ümumilikdə, iştirakçıların 82%-i sualların yarıdan çoxuna doğru cavab verib. Müsabiqənin nəticələri haqqında ətraflı məlumatı nar.az veb səhifəsindən öyrənə bilərsiniz.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Tarix: 3-08-2018, 23:44
Xəbəri paylaş





Xəbər lenti