Dövlət Sosial Müdafiə Fondu faks dövründə qalıb - NARAZILIQ

 “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi islahatlar apararkən Dövlət Sosial Müdafiə Fonduna da diqqət yönəltsə çox yaxşı olar. Bu Fondla bir neçə dəfə əlaqə saxlayanda başa düşürəm ki, zavallı pensiyaçılar bunlardan nə çəkir”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Əli Əhmədov deyib.

Ə.Əhmədov qurumun qaynar xəttinin normal işləməməsindən şikayət edib:

“Deməli Fondun 190 nömrəli qaynar xəti demək olar ki, işləmir. Nə vaxt zəng edirsən, sırada ya 18-20-ci adam olursan. Azı 10-15 dəqiqə xəttdə gözləməlisən, mən özüm 19 dəqiqə gözlədim. Ola bilsin ki, buraya müraciət edənlərin sayı çoxdur ona görə. Amma vəziyyət belədirsə, cavab verən operatorların sayını artırmaq lazımdır.

Bir kəlmə sözə görə adamların vaxtını belə məsuliyyətsizcəsinə almaq nə deməkdir? 

Hələ Fondun rayon şöbələri – bunların nömrələri saytlarında yerləşdirilib, amma ya cavab vermir, ya da faksa birləşdirilib. Zəng edirsən faks cavab verir. Ay dostlar, 2018-ci ildir. Bunlarda faks cavab verir. Bəs yaxşı bir söz soruşmaq istəyən yaşlı adamlar nə etsinlər. Ya da pensiyaçılar necə etsinlər? Dayanıb 18 dəqiqə gözləsinlər? Hələ bu da bir yana, 18 dəqiqənin sonunda telefon odboy gedir. Məncə DSMF-də cavablandırma, o cümlədən telefonlara cavab verilməsi ilə bağlı bir standart, ya da bir vaxt çərçivəsi qoyulmalıdır. Adam 3-4 dəqiqədən çox gözləməməlidir. Yoxsa, telefonda gözləyə-gözləyə pensiya vaxtı çatar”.
Tarix: 17-08-2018, 10:12
Xəbəri paylaş





Xəbər lenti