Ovçuluqla bağlı növbəti məlumatlandırma sessiyası Bərdə rayonunda keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ovçunun məsuliyyəti- ovçuluğun aparılması qaydaları” ekoloji təbliğat kampaniyası adlı layihə çərçivəsində Ekoloji İnformasiya İctimai Birliyi özünün növbəti tədbirini Bərdə rayonunda keçirib.Giriş sözü ilə tədbiri açan “Ekoloji İnformasiya” İB-nin sədri Musa Muradov bildirib ki, ətraf mühitə insanlar mütəmadi və kortəbii olaraq böyük ziyanlar vurur. Canlı və vəhşi təbiətə qarşı laqeyd münasibət hökm sürür. Ölkə qanunvericiliyində isə ekoloji qanunvericilik mükəmməl baza rolunu oynamaqla təbiətə qarşı münasibətləri nizamlamaq imkanlarına malikdir. “ Ovçunun məsuliyyəti: ovçuluğun aparılması qaydaları” ekoloji təbliğat layihəsinin də məqsədi təbiətdən istifadə edərkən qanunlara istinad etməkdir.
Layihə haqqında məlumat verən Musa Muradov Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “ Ovçunun məsuliyyəti: ovçuluğun aparılması qaydaları” ekoloji təbliğat kampaniyasının aparıldığını vurğulayıb. O, vəhşi təbiətin reablitasiyası istiqamətində Heydər Əliyev Fondunun, Ümumdünya Təbiəti Mühafizə Fondunun və Leyla xanım Əliyevanın rəhbəri olduğu İDEA İctimai Birliyinin əvəzsiz rolundan danışıb.
Musa Muradov layihə seçimi edərkən də məhz vəhşi təbiətə məxsus canlıların qorunması istiqamətində maarifləndirmə aksiyalarının həyata keçirilməsinə üstünlük verdiklərini qeyd edərək belə tədbirlərin bundan sonra da belə davamlı olacağını deyib.
“Ekoloji İnformasiya” İB-nin sədr müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev biomüxtəlifliyin pozulması , ekoloji sistemin dağılması və nəticə etbarilə təbiətin özü-özünü tənzimləməsində yaranan problemlərdən danışıb. Təbiətə vurulan zərərə görə cərimə və qadağaların çıxış yolu olmadığını , bununla yanaşı ətraf mühitlə bağlı cəmiyyətdə maarifləndirici tədbirlərin keçirilməsinin vacib olduğunu bildirib.
Layihə üzrə ekspert Rasim Zeynalov nəsili kəsilməkdə olan canlıların qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışaraq
“Qırmızı kitab” haqqında geniş məlumat verib. Ovçuluğun aparılması qaydaları haqqında danışıb. Qeyd edib ki, ovçuluq təsərrüfatları ov etmək üçün bir çox yerlərdə yaradılıb. Ovçular qaydalar üzrə ov etmək hüququ qazanaraq həmin ərazilərdə ov edə bilərlər.
Səmimi və işgüzar şəraitdə məlumatlandırma sesiyyası başa çatıb.
Sonda tədbir iştirakçılarına buklet və kitabçalar paylanıb.
Siam.az
Tarix: 24-08-2018, 08:51