Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) xəbərdarlığına əməl etməyən şadlıq sarayları və restoranların cərimələnməsinə başlanılıb.
"Report"un reyddə iştirak edən əməkdaşı xəbər verir ki, may ayından etibarən müasir standartlara uyğun təmizləyici qurğuları olmayan obyektlərə edilən xəbərdarlığın müddəti sentyabrın 1-dən etibarən bitib. Buna baxmayaraq, 88 obyekt hələ də təmizləyici qurğu vasitəsilə tüstünün tənzimlənməsinə başlamayıb. Artıq bir neçə gündür Nazirliyin və icra hakimiyyətinin əməkdaşları birgə tapşırığa əməl etməyən obyektlərin cərimələnməsinə başlayıb.