Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin maliyyə xərclənmələrinin daxili təftişi ilə bağlı göstəriş verən hazırki nazir Sahil Babayev ilginc faktlar əldə edib.
Bu barədə dia.az-a nazirlikdəki qaynaqlardan informasiya daxil olub.
Xəbəri verən mənbə dia.az-a açıqlamasında iddia edir ki, söhbət milyonlarla dövlət vəsaitinin keçmiş nazir Səlim Müslümovun dövründə mənimsənilməsindən gedir.
Mənbənin söylədikləri:
"Təbii ki, araşdırmalar ciddi faktları üzə çıxardığından Sahil Babayev bu barədə müvafiq dövlət qurumlarını məlumatlandırmaq zorunda qalıb. Bu isə o deməkdir ki, Sahil Babayev Səlim Müslümovla bağlı faktları hüquqi araşdırmaya təqdim edib".
Mənbə onu da əlavə edib ki, yaxın vaxtlarda bu barədə rəsmi məlumatlar ictimailəşəcək:"Təxminən 47 milyon manata yaxın pul ortada yoxa çıxıb. Bu, aydınlaşdırılmalıdır".