Rusiyada apteklərdən bu ağrıkəsicilər yığışdırılır – Təhlükəlidir


Rusiya apteklərindən bu ağrıkəsicilər yığışdırılır – Təhlükəlidir

" Verofarm" farmkompaniyası " Ardalon" ağrıkəsicisini bütün apteklərdən geri çağırır.

Dərmanın tərkibində olan flupirtin qaraciyəri zədələyir. Amma Rusiya apteklərində bu tərkibli digər analgetiklər də satılır.

Milli.Az bildirir ki, 2018-ci ildə Rusiyada 650.000 qutu flupirtin tərkibli preparat satılıb.

Flupirtin tərkibli analgetiklərin tam siyahısı:

-Ardalon
-Katadolon
-Neyrodolon

-Nolodatak
-Fluqesis
-Flupirtin

Flupirtin tərkibli dərmandan qaraciyər zədələnməsi faktı ilk olaraq 2013-cü ildə Avropada qeydə alınıb. Bundan sonra onun qaraciyər problemi olan insanlara təyini qadağan olundu. Buna baxmayaraq, belə preparatlardan 537 məfər zərər görmüş, 23 nəfərdə letal nəticə olmuşdur.
 
 2018-ci ilin fevralından Avropada bu tərkibdə ağrıkəsicilərin qəbulu qəti qadağan olundu və farmkompaniyalar dərnanları bazardan yığışdırmağa başladı.
 
Əgər siz də bu preparatlardan istifadə edirsizsə, qəbulunu dayandırıb, həkiminizə məlumat verin

Siam.az

Tarix: 16-09-2018, 08:46
Xəbəri paylaş





Xəbər lenti