“Nar”-ın dəstəyi ilə “Brain Ring” intellektual yarışları start götürdü
Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də məşhur bilik yarışlarının baş sponsorudur.Siam.az xəbər verir ki, sentyabr ayının 16-da “Brain Ring” intellektual bilik yarışlarının növbəti – on ikinci mövsümü start götürdü. “Brain Ring” bilik yarışlarında respublikanın müxtəlif bölgələri və ali məktəblərini təmsil edən komandalar iştirak edirlər. Yarışlarda respublikanın 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparır. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 22:00-da İctimai TV vasitəsilə yayımlanır.
Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” onlayn müsabiqə keçirir. Verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.
Yarışlarda qalib gəlmiş komanda xüsusi dizayn edilmiş “Bilik” kuboku ilə təltif ediləcək. “Bilik” kubokunun qalibi “Brain Ring 2018” Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edəcək.
“Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Tarix: 18-09-2018, 20:09