"Qəbul imtahanlarında maksimum bal 400 olacaq..." - DİM sədri DETALLARI AÇIQLADI
"Gələn il də ali məktəblərə qəbul üçün maksimal bal 700 bal olacaq".Siam.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, abituriyent bu balın 300-nü buraxılış imtahanı zamanı, 400-nü isə qəbul imtahanlarında toplaya bilər:
"Balları cəmləşdirəndə ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 olur. Yeni model ictimaiyyətə bir qədər əvvəl təqdim olunub. Məlumdur ki, qəbul imtahanında hər bir ixtisas qrupu üzrə 5 imtahan fənni təqdim olunur. Gələn il üçün isə isə imtahan fənlərinin sayı azaldılaraq 3-ə endirilib. Sualların tərkibində müəyyən dəyişikliklər olacaq. Bu isə ölkədə tədbiq olunan kurikulum sistemindən irəli gəlir".DİM sədri əlavə edib ki, sualların təqdim olunma formatı da dəyişdiriləcək, yəni, daha çox açıq tipli suallar, eləcə də tək biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq:
"Keçən ilin yazında bu modelə uyğun sınaq imtahanı keçirilib. Bu imtahan 11-ci sinfin proqramına əsaslanırdı. Həmin imtahanın nəticələrini Təhsil Nazirliyi ilə birgə müzakirə etdik. Yəqin ki, oktyabrın sonu-noyabrın əvvəlində 10-cu sinfin proqramı çərçivəsində belə sınaq imtahanı yenə keçirməyi planlaşdırırıq". /report/
Tarix: 21-09-2018, 15:27